MƏDƏNİYYƏT


Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert təqdim edilib

Bakı, 23 sentyabr, Samir Behbudov, AZƏRTAC

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqisevərlərə daha bir konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə polşalı görkəmli sənətkar Pavel Kotlanın dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, həmçinin solist İvana Sobotka çıxış ediblər.

Qara Qarayevin “İldırımlı yollarla” əsərinin səslənməsi ilə başlayan konsertdə ilk dəfə olaraq Karol Şimanovskinin “Şahzadənin mahnıları” silsiləsi ifa olunub.

Konsertin son kompozisiyası, dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biri olmuş Lüdviq van Bethovenin 7 nömrəli simfoniyası ilə başa çatıb.

Konsert izləyicilər tərəfindən maraqla qarşılanıb.

Tədbir karantin qaydalarına uyğun şəkildə keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.