DÜNYA


Venesuela Prezidentinə sui-qəsd edilib

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 5-də Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsd edilib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı Prezident Nikolas Maduronun olduğu tribunaya doğru pilotsuz uçan aparat yönəlib. Lakin polis PUA-nı vaxtında zərərsizləşdirməyə nail olub.

Hadisə nəticəsində Prezident və onun yaxınları xəsarət almayıb. Lakin mərasimin bir neçə iştirakçısı yaralanıb.

Prezident Nikolas Maduro təxliyə edilib və təhlükəsiz yerə aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.