REGİONLAR
Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edəcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Vergilər nazirinin müavini Sahib Ələkbərov sentyabrın 20-də Qazax şəhərində yerləşən Vergiödəyicilərinə xidmət mərkəzində (ünvan: Qazax şəhəri, S.Arixov küçəsi) Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar sentyabrın 16-19-da 14 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Qazax, Ağstafa və Tovuz rayon Vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.