İQTİSADİYYAT


Vergiödəyicisinə təhrif olunmuş məlumata görə maliyyə sanksiyası tətbiq olunur

Bakı, 18 iyun, AZƏRTAC

Orta sahibkarlıq subyekti tərəfindən istehsal olunan məhsulun xammal və material sərfi barədə vergi orqanına hər hansı məlumat təqdim edilməlidirmi?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, mikro və kiçik sahibkarlıq subyektləri istisna edilməklə, istehsal fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri tərəfindən istehsal edilən məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə müvafiq formada məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək vergiödəyicilərinin vəzifəsi hesab olunur.

Qeyd edilib ki, istehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı təqdim olunmuş məlumatda il ərzində dəyişiklik olduğu təqdirdə, bununla bağlı dürüstləşdirilmiş məlumat təqvim ili ərzində vergi orqanına təqdim edilməlidir.

Eyni zamanda, qeyd olunan məlumat forması müəyyən edilmiş müddətdə təqdim olunmadıqda və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə görə vergiödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.