İDMAN


“Vətən” kikboksinq klubunun açıq birinciliyi keçirilib

Bakı, 13 yanvar, AZƏRTAC 

Azərbaycan Kikboksinq Federasiyası, Suraxanı Rayon Gənclər və İdman İdarəsi və “Vətən” Kikboksinq Klubunun təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Vətən” kikboksinq klubunun açıq birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, klubun rəhbərliyi və üzvləri əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər.

Yarışın açılış mərasimində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Açılış mərasimində çıxış edən “Sərhədçi” İdman Olimpiya Kompleksinin rəisi, polkovnik Elşən Mirzəyev, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, “Vətən” kikboksinq klubunun idarə heyətinin sədri Mehdi Hüseynov, Dövlət Sərhəd Xidmətinin zabiti Cabir İsgəndərov, Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimov, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov Azərbaycanda idmanın, o cümlədən kikboksinqin inkişafından danışıblar. Qeyd ediblər ki, ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində yüksək nailiyyətlər əldə edilib.

Yarışlarda Bakı və Sumqayıtın 12 klubundan 150-dən çox idmançı qüvvəsini sınayıb. Turnirdə yüksək nəticə göstərən idmançılara fəxri fərman, diplom və mükafatlar təqdim olunub.

Yarışın keçirilməsində məqsəd kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq idman növünü inkişaf etdirmək, onun kütləviliyinə nail olmaq, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, eyni zamanda, idman klubunun yığma komandasını komplektləşdirməkdir.

Yarış Beynəlxalq WAKO qaydalarına uyğun lou-kik və kik-layt versiyaları üzrə baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.