CƏMİYYƏT
Vətən müharibəsi şəhidi Mir Həmid Qasımlının doğum günü qeyd olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
YAP Nəsimi rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, Vətən müharibəsi şəhidi Qasımlı Mir Həmid Nazim oğlunun xatirəsi Nəsimi rayon İcra Hakimiyyəti başçısının, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, rayon ictimaiyyətinin və şəhidin ailə üzvlərinin iştirakı ilə dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.