REGİONLAR


Vətən müharibəsinin 19 yaşlı qəhrəmanı

Cəlilabad, 25 yanvar, Bağır Əliyev, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də Azərbaycan Milli Ordusunun əsgəri Sadıqov Elnur Kərim oğludur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elnur Sadıqov 2001-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətinin 15-ci ayında Vətən müharibəsi başlanıb. Şəhid əsgər E.Sadıqov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Bir sıra əməliyyatlarda uğurla iştirak edib.

Şəhidin atası Kərim Sadıqov deyir ki, oğlu döyüşlərə müharibənin ilk günlərindən qoşulub. Döyüşlərdə yaralansa da valideynlərinə deməyib və yenidən döyüşlərə qoşulub.

İgid döyüşçü oktyabrın 16-da Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi ötən ilin oktyabrında Cəlilabada gətirilib və doğulduğu kənddə dəfn edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.