MƏDƏNİYYƏT
XALQ ARTİSTİ SÜLEYMAN ƏLƏSGƏROVUN XATİRƏSİ YAD EDİLMİŞDİR
Kollecdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gecədə çıxış edən natiqlər Süleyman Ələsgərovun geniş diapazonlu yaradıcılığından, peşəkar musiqi kadrlarının hazırlanmasında göstərdiyi böyük xidmətdən danışmış, onunla bağlı xatirələrini söyləmişlər.
Qeyd olunmuşdur ki, Süleyman Ələsgərovun tükənməz xalq yaradıcılığından bəhrələnən, musiqi dilinin sadəliyi, rəngarəngliyi və səlisliyi ilə səciyyələnən əsərləri son əlli il ərzində respublikamızın mədəni həyatında mühüm rol oynamış, milli musiqi sənətimizin tarixinə qızıl hərflərlə yazılmışdır.
Əyyub Ələsgərov atasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.
Axırda kollecin xalq calğı alətləri şöbəsi tələbələrinin ifasında unudulmaz bəstəkarın əsərlərindən ibarət konsert proqramı səslənmişdir.