Xalq Yazıçısı Elçinin “Baş” romanının poetikası nəzəri-metodoloji yöndən araşdırılıb
AzerTAg.az
Bakı, 15 dekabr, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) professor Nizami Tağısoyun “Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Bakı Slavyan Universitetinin tanınmış alimləri monoqrafiya ilə bağlı fikirlərini bölüşüblər.
Çıxış edənlər monoqrafiyada Xalq Yazıçısı Elçinin “Baş” romanının poetikasının doğru və dürüst olaraq nəzəri-metodoloji yöndən araşdırıldığını bildiriblər. Alimlər monoqrafiyada qoyulan məsələlərin ədəbiyyatşünaslığımızda, nəzəriyyə sahəsində dəyərli və orijinal əsər olduğunu vurğulayıblar.

Xəbərin mətnində orfoqrafik səhv var