ELM VƏ TƏHSİL


Xaricdə təhsil üzrə müsahibələr davam edir

Bakı, 28 iyun, AZƏRTAC

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə müsahibələr davam edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində bakalavriat və magistratura təhsil səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün müvafiq seçim qaydalarının tələblərinə uyğun olaraq sənədlərini uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər aidiyyəti üzrə növbəti müsahibə mərhələsinə keçirlər.

Müsahibə mərhələsi Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir. Müsahibənin nəticəsinə əsasən namizədlər haqqında yekun qərar verilir.

Xatırladaq ki, iyunun 6-dan Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna başlanılıb və iyulun 15-i saat 23:59-dək davam edəcək.

Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.