DÜNYA


Xarkovda marşal Jukovun heykəli bərpa edilib

Kiyev, 11 iyul, AZƏRTAC

Ukraynanın Xarkov şəhərində sovet marşalı Georgi Jukovun heykəli bərpa edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov şəhər meri Qennadi Kernes məlumat verib. Heykəl bu gün səhər saatlarında yenidən ucaldılıb.

Qeyd edək ki, Ukraynanın Xarkov şəhərində millətçilər etiraz aksiyası zamanı sovet marşalı Georgi Jukovun heykəlini aşırmışdılar. Aksiyaçılar yenidən prospektlərin birinə Jukovun adının verilməsinin əleyhinə olublar. Onlar hesab edirlər ki, bu, Ukraynada qəbul edilən dekommunizm haqqında qanunun tələblərinə ziddir. Etiraz aksiyası zamanı polislə toqquşma qeydə alınıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.