REGİONLAR


Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı keçirilən təlimlər başa çatıb

Naxçıvan, 7 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı keçirilən təlimlərə yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın müxtəlif təşkilatlarından maliyyə və mühasibat işçilərinin iştirak etdiyi, 12 nəfərlik qruplar şəklində təşkil edilən təlimlərdə operativ nəzarət portalının elektron poçt sistemində olan yenilikləri və sistemdə qurulmuş yeni modulların işlənilmə mexanizmi nazirliyin əməkdaşı Vüsal Məmmədov tərəfindən təlim iştirakçılarına praktiki izah olunub. Xəzinədarlıq əməliyyatları zamanı sənədlərin elektron tərtibi sistemində yeni qurulmuş modul vasitəsilə ödəniş tapşırıqları sənədlərinin sistem üzərindən işlənilməsi qaydaları barədə məlumat verilib. Eyni zamanda, nəqliyyat vasitələrinin daxil edilməsi modulunun da işlənilmə mexanizmi iştirakçıların diqqətinə çatdırılıb.

Nazirliyin şöbə müdiri Vüsal Əsədov təlim iştirakçılarına təqdim edilmiş portalda olan yeniliklərin davam etdirilməsi üçün hazırda təkmilləşdirmə işlərinin aparıldığını bildirib.

Bu günə qədər sistemlə bağlı keçirilən təlimlərdə 49 təşkilatdan 85 maliyyə və mühasibat işçisi iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.