ELM VƏ TƏHSİL
YAPONİYA HÖKUMƏTİNİN MALİYYƏ DƏSTƏYİ İLƏ
Rayon təhsil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, məktəb binası Yaponiya hökumətinin maliyyə dəstəyi ilə inşa edilmişdir. Açılış mərasimində Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivara, təhsil naziri Misir Mərdanov iştirak etmişlər. Qonaqlar lazımi avadanlıqla təchiz edilmiş sinif otaqları ilə tanış olmuşlar. Məktəblilərə dərslik dəsti həddiyə edilmişdir.
Mərasimdə çıxış edən müəllimlər, valideynlər və şagirdlər diqqət və qayğıya görə Yaponiya hökumətinə və səfir Toşiyuki Fucivaraya dərin minnətdarlıqlarını bildirmişlər.
Yeni məktəbdə Ağdam, Laçın və Kəlbəcər rayonlarından olan 117 nəfər məcburi köçkün şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 22 nəfər müəllim məşğul olur.
Yaponiya səfirinin birbaşa dəstəyi ilə bu ölkənin ayırdığı qrantlar hesabına respublikamızda indiyədək 14 məktəb binası inşa olunmuşdur.