ELM VƏ TƏHSİL
YAPONİYA HÖKUMƏTİNİN MALİYYƏ DƏSTƏYİ İLƏ
Beyləqan rayonunun Birinci Şahsevən kəndində Yaponiyanın maliyyə dəstəyi ilə 320 şagird yeri olan yeni məktəb binası inşa olunmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, məktəbin açılışında Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivara və Təhsil Nazirliyinin məsul işçiləri iştirak etmişlər. Qonaqlar sinif otaqlarını gəzmiş, müasir tədris avadanlığı ilə tanış olmuşlar.
Açılış mərasimində çıxış edən müəllim və valideynlər diqqət və qayğıya görə Yaponiya hökumətinə, səfir Toşiyuki Fucivaraya minnətdarlıqlarını bildirmişlər.
Yaponiya səfiri demişdir ki, onun dövlətinin ayırdığı qrantlar hesabına respublikamızda 20-yə yaxın məktəb binası inşa olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]