İQTİSADİYYAT


Yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayı 3,8 faiz artıb

Bakı, 13 iyun, Elvin Camalov, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artım müşahidə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 13-də Bakıda keçirilən V Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində "Turizm" adlı panel iclasda Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O bildirib ki, ötən il ölkəyə 2,8 milyon turist gəlib. Çin, Koreya Respublikası və Yaponiyadan gələn turistlərin sayında 8-9 faiz artım olub. Həmçinin, Yaxın Şərq ölkələrindən, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı da artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.