DÜNYA


Yaponiya hökuməti Rusiyanın Severodvinsk şəhəri yaxınlığında baş verən hadisəni diqqətlə izləyir

Tokio, 15 avqust, AZƏRTAC 

Yaponiya hökuməti Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhərindəki hərbi poliqonda baş verən hadisə barədə informasiya toplamaqda davam edərək orada vəziyyəti diqqətlə izləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 15-də Tokioda keçirilən mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.

“İndiyədək Rusiya Federasiyasının Müdafiə Nazirliyindən və “Rosatom”dan məlumatlar daxil olub. Biz informasiya toplamaqda və vəziyyəti izləməkdə davam edirik. Hökumət bu məsələni diqqətlə izləyir”, - deyə baş katib bildirib.

Bununla yanaşı, Y.Suqa Tokionun Vaşinqtonla həmin mövzuda informasiya mübadiləsi aparması barədə sualı cavablandırmaqdan yayınıb.

Xatırladaq ki, hadisə Arxangelsk vilayətinin Severodvinsk şəhərindəki poliqonda avqustun 8-də baş verib. Həmin vaxt Rusiya Müdafiə Nazirliyi maye ilə işləyən mühərrik qurğusunda baş vermiş hadisə nəticəsində iki nəfərin həlak olması barədə məlumat yayıb. Avqustun 10-da isə “Rosatom” dəniz platformasında raket sınağı zamanı yanğın və partlayış nəticəsində beş nəfərin xəsarət aldığını bəyan edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.