SİYASƏT


Yaponiyalı professor: Ermənistanla sərhədlərin müəyyən olunması üçün Azərbaycan ədalətli və düzgün həll yolu təqdim edir VİDEO

Tokio, 11 iyun, AZƏRTAC

Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən olunması üçün Azərbaycan tərəfi ədalətli və düzgün həll yolu təqdim edir.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Yaponiyanın Kaishi Universitetinin professoru, “ajmedia.jp” saytının baş redaktoru Akira Matsunaqa deyib.

Yapon professor Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçikanın Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sərhədlərin dəqiqləşdirilməsi məqsədilə əldə edilən nəticəni uğurlu hesab edir: “İndiyə qədər Ermənistan Qarabağ daxil olmaqla Azərbaycan torpaqlarını zəbt etsə də, Azərbaycan bu əraziləri, öz əzəli və tarixi torpaqlarını geri qaytarmağı bacardı. Brüsseldə keçirilən görüş isə iki dövlət arasında sərhəd xəttinin dəqiqləşdirilməsi üçün həlledici əhəmiyyətə malik oldu.

Azərbaycan tərəfi 2020-ci ilədək işğal altında qalmış və başqa dövlətlər tərəfindən ölkənin sərhədlərinin dəyişdirilməsi barədə təsirlərə məruz qalsa da, bu gün əsaslı səbəblərlə öz əzəli dövlət sərhədlərini təmin etməyə çalışır. Prezident İlham Əliyev Azərbaycanın daimi sərhədlərini təmin etmək üçün Ermənistan baş naziri ilə danışıqlar aparır və Azərbaycan tərəfi ədalətli və düzgün həll yolu təqdim edir.

Təəssüflər olsun ki, Yaponiyada məsələnin kökünü bilmədən Ermənistanın mövqeyini dəstəkləyənlər olsa da, ümumilikdə dövlət sərhədləri probleminin həllində Azərbaycanın liderliyinin davam edəcəyini və öz daimi sərhədlərini geri qaytaracağını düşünürəm.

Son görüşdə Azərbaycanın sərhəd bütövlüyünün tam olaraq təmin edilməsi üçün irəli sürdüyü təkliflərin Yaponiyanın nöqteyi-nəzərindən də ən ədalətli və düzgün qərar olması fikrindəyəm. Yaponiyanın da şimal qonşusu tərəfindən işğal olunmuş ərazi problemi olduğuna görə, Azərbaycanın atdığı addımları çox gözəl başa düşür və yüksək qiymətləndirirəm”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.