YUBİLEY TƏBRİKLƏRİ
Yaponiyanın "Jiji Press" informasiya agentliyinin prezidenti
Omuro Masao
- Azərbaycan Dövlət İnformasiya Agentliyinin yaradılmasının 100 illiyi münasibətilə agentliyin idarə heyətinin sədri Aslan Aslanova və bütün əməkdaşlarına Yaponiyanın "Jiji Press" informasiya agentliyi adından səmimi təbriklərimi çatdırmaq istərdim. 1920-ci ildə AZƏRTAC-ın yaradıldığı vaxtdan SSRİ dövründə və müstəqillik əldə edildikdən sonra Azərbaycanın aparıcı informasiya agentliklərindən biri kimi xəbərlərin çatdırılmasında AZƏRTAC-ın mühüm roluna öz ehtiramımı bildirmək istərdim. 2015-ci ildən AZƏRTAC və "Jiji Press" əməkdaşlıq edir, informasiya mübadiləsini həyata keçirirlər. Keçən il Seulda OANA-nın Baş Assambleyasında səmimi söhbətimizə görə cənab Aslanova çox minnətdaram. Mən özüm Moskva müxbiri olduğum dövrdə bir neçə dəfə Bakıda olmuşam və Azərbaycanı çox yaxşı tanıyıram. Agentliklərimiz arasında yaxşı münasibətlərin inkişafına dair səylərimi davam etdirəcəyəm. Cənab Aslanova və bütün əməkdaşlara cansağlığı və uğurlar, AZƏRTAC-ın daha da inkişaf etməsini arzu edirəm.