İQTİSADİYYAT


Yeddi ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 12 milyard kubmetr təbii qaz ötürülüb

Yeddi ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 12 milyard kubmetr təbii qaz ötürülüb

Bakı, 17 avqust, AZƏRTAC

Yanvar-iyul aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 22 milyard 932,8 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 15,8 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yarım ildə qaz nəqlinin 52,4 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 12 milyard 20,2 milyon kubmetr təbii qaz ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.