REGİONLAR
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı fəaliyyətini genişləndirir
Naxçıvan, 8 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının bu il martın 16-da keçirilən iclasında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri fəaliyyətin təşkili ilə bağlı konkret tapşırıqlar verib, yeni istiqamətlər müəyyənləşdirib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyindən AZƏRTAC-a bildirilib ki, ötən dövrdə verilən tapşırıqların icrası diqqətdə saxlanıb. İyunda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və onun rayon (şəhər) təşkilatlarında 8 İdarə Heyətinin iclası və 15 müxtəlif tədbir keçirilib. Həmçinin Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və rayon (şəhər) təşkilatları Gənclər Birliyinin xətti ilə 8 müxtəlif tədbir keçirilib, bu tədbirlərdə 600-ə yaxın yeniyetmə və gənc iştirak edib. Qadınlar Şurası tərəfindən isə kənd yaşayış məntəqələrində qadınlarla görüşlər təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi tərəfindən iyunun 28-30-da Ağbulaq İstirahət Mərkəzində gənclərin “Yay məktəbi” təşkil olunub. “Yay məktəbi”ndə Naxçıvan Dövlət Universitetindən 5 nəzarətçi-müəllim və 60 tələbə iştirak edib.
İyun ayında gənc və yaradıcı qüvvələrin partiya sıralarına cəlb edilməsinə diqqət artırılıb, 196 nəfər partiya sıralarına qəbul edilib ki, onlardan da 192-si gəncdir.