ELM VƏ TƏHSİL


Yevgeni Krinko: Fərqli ölkələrdən alimlərin, elm xadimlərinin iştirakı konfransın coğrafiyasının geniş olduğunu göstərir

Bakı, 23 may, AZƏRTAC

“Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfransda Türkiyə, Rusiya, Ukrayna, İran, Gürcüstan və digər ölkələrdən alimlər, elm xadimləri iştirak edirlər. Bu, konfransın coğrafiyasının geniş olduğunu göstərir.

Bunu AZƏRTAC-a müsahibəsində Rusiya Elmlər Akademiyasının əməkdaşı, tarix elmləri doktoru Yevgeni Krinko deyib.

Y.Krinko bildirib ki, bu konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Bu tarix Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. AXC müasir ölkənizin ərazisində ilk dövlət olub ki, adında “Azərbaycan” sözü var. Baxmayaraq ki, AXC yalnız iki ilədək mövcud olub, bu təcrübə bugünkü Azərbaycanın inkişafını öyrənmək üçün yaxşı imkandır.

Rusiyalı qonaq Bakı haqqında fikirlərini də bölüşüb. O deyib: “Bakıya ikinci dəfədir ki, gəlirəm. Buranın gözəl memarlıq nümunələri, qonaqpərvər insanları var. Azərbaycan xalqı xaricilərə qarşı isti münasibət bəsləyir. Bakı turistlər üçün açıqdır. Burada onlar özlərini təhlükəsizlik şəraitində və rahat hiss edirlər”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.