REGİONLAR
Yevlax şəhər 6 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir edilir
Yevlax, 11 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax şəhər 6 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1983-cü ildə inşa olunmuş bağçada 105 uşaq tərbiyə alır. Onların təlim-tərbiyəsi ilə 30 nəfər məşğul olur. Təmir işləri zamanı binanın dam örtüyü, döşəmə, tavan, qapı və pəncərələr dəyişdiriləcək, yeni elektrik xətti çəkiləcək, istilik sistemi qurulacaq. Uşaq bağçasının həyətində abadlıq işləri aparılacaq, söhbətgahlar, oyun qurğuları quraşdırılacaq, yaşıllıq salınacaq.
Təmir işlərinin bu il başa çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [13:05]
Naxçıvanda iki gənc göldə boğulub
- 09.05.2024 [23:02]
Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- 09.05.2024 [20:44]
Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib
- 09.05.2024 [19:21]