REGİONLAR
Yevlaxda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb
Yevlax, 18 iyun, AZƏRTAC
Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs Yevlax Rayon Polis Şöbəsinin (YPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaroğlan kənd sakini Yasin Məmmədov saxlanılıb. Araşdırmalar zamanı onun həmin kəndin ərazisində, qəbiristanlığın yaxınlığında narkotik tərkibli bitkilərin kultivasiya ilə məşğul olduğu müəyyən edilib. Qamış kollarının içərisindəki sahədə aqrotexniki qaydada qulluqla yetişdirdiyi, hündürlüyü 1 metr 10 santimetrdən 3 metrədək olan 39 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Y.Məmmədov Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulub və barəsində araşdırmalar davam etdirilir.