İDMAN


Yığmamızın Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

Bakı, 12 oktyabr, AZƏRTAC

On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 19-dan 28-dək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İtaliyanın Padua şəhərində keçirəcək oyunları üçün heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, millimiz seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 14-dən 18-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Hazırlıq prosesinə Göknur Güleryüz (“Tavla Genclik Spor”, Türkiyə), Aytac Feyzullayeva (“Marxal”), Milana Rəhimova (8 – İOEUGiM), Alina Nəhmədova (“Balxurma”), Fidan Cəfərova (“Marxal”), Pərvin Səfərəliyeva (8 – İOEUGiM), Aysun Muradova, Samirə Aşırova (hər ikisi “Balxurma”), Lamiyə Əlizadə (8 – İOEUGiM), İrem Bir (“Asya Spor”, Türkiyə), Fatimə Əhmədli (8 – İOEUGiM), Fatma Nur Senses (“Kayseri Gencler Birligi”, Türkiyə), Türkan Abdullayeva (“Xırdalan City”), Nurçin Tarverdizadə (8 – İOEUGiM), Leyla Ağayeva (“Gömrükçü”), Tuğba Nur Bozkurt (“Beykent”, Türkiyə), Buse Nur Kocabey (“ALG Spor”, Türkiyə), Züleyxa Zamanlı (“Gömrükçü”), Ceren Nur Hancerli (“Beykent”, Türkiyə) və Nahidə Məmmədova (“Marxal”) dəvət olunublar.

Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 20-də Norveç, üç gün sonra İtaliya, ayın 26-da isə Polşa ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.