İDMAN


Yunan-Roma güləşçimiz Həsrət Cəfərov dünya çempionatının qalibi olub

Bakı, 3 noyabr, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) debütdə meksikalı rəqibini məğlub edib. H.Cəfərov daha sonra Rumıniya idmançısına tam üstünlüklə qalib gələrək dörddəbir finala yüksəlib. Qazaxıstan idmançısına da heç bir şans tanımayan güləşçimiz adını yarımfinala yazdırıb. Türkiyə güləşçisindən də güclü olan həmyerlimiz dünya çempionatının finalına yüksəlib. Qızıl medal uğrunda görüşdə idmançımızın rəqibi Məhəmməd Rezayi (İran) olub. Həlledici görüşdə də qələbə qazanan güləşçimiz U-23 dünya çempionatının qalibi olub.

Qeyd edək ki, H.Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında və 1 ay sonra Kazandakı I MDB Oyunlarında qızıl medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.