RƏSMİ XRONİKA


Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasdan

Zati-aliləri,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.

Əminəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr Sizin rəhbərliyinizlə daha da inkişaf edəcək, xalqlarımızın və dövlətlərimizin qarşılıqlı faydası və tərəqqisinə verdiyiniz önəm sayəsində münasibətlərimiz bundan sonra da möhkəmlənəcəkdir.

İkitərəfli münasibətlərimizin yeni dövrü iqtisadi sahədə ilkin real nəticələrini vermişdir. Əminəm ki, Sizin yenidən Prezident seçilməyinizlə bu potensial ikitərəfli münasibətlərimizin tam spektrinin əhatə edilməsi üçün daha da güclənəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək dost Azərbaycan xalqının tərəqqisi və rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm.

Hörmətlə,

Karolos Papulyas

Yunanıstan Respublikasının Prezidenti

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin