ELM VƏ TƏHSİL
Yura dövrünə aid dəniz yırtıcısı tapılıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Şotlandiya muzeyinə Yura dövründə yaşamış dəniz yırtıcısının skeleti təqdim olunub.
AZƏRTAC “Vistanews” saytına istinadla xəbər verir ki, 1966-cı ildə Skay adasının yaxınlığında tapılmış yırtıcının qalıqları 50 ildən sonra daşlardan təmizlənib ziyarətçilərin ixtiyarına verilib.
Uzunluğu dörd metrə çatan və yüzlərlə konusabənzər dişləri olan bu yırtıcı 17 milyon il bundan əvvəl yaşamış ixtiozavr ailəsinə mənsubdur. Məhz onlar müasir balinaların və delfinlərin əcdadları sayılır.
Paleontoloqların sözlərinə görə, dəniz yırtıcısının qalıqları yarım əsr süxurların qalın təbəqələrinin arasında qalıb və onun oradan çıxarılması çox vaxt aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]