Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Yusif Axundzadə: Rəsmi qarşılanma mərasimlərində dövlətlərin himnlərini notsuz ifa etməyimiz hər zaman təəccüblə qarşılanıb

Bakı, 22 sentyabr, Ceyhun Alışlı, Flora Şükürova, AZƏRTAC

Sənətin məsuliyyətini sonadək daşımaq şərəfli bir yolda olmaq deməkdir. Şərəf amalını sənət dünyası ilə daim vəhdətdə saxlamaq isə sənətkarın cəsarətini şərtləndirən amildir. Bəli, belə bir cəsarətin sahibi, şərəfli yolun yolçusu mənalı həyatı və zəngin yaradıcılıq keyfiyyətləri ilə özünü təsdiq edən general-mayor, Xalq Artisti, professor, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin baş dirijoru Yusif Axundzadədir. Onu yüksək musiqi zövqünə malik və hər zaman yeniliyə can atan sənətkar kimi xarakterizə edirlər. Yusif Axundzadə şəxsiyyətinin digər mühüm keyfiyyəti onu əsl ziyalı vətəndaş kimi də səciyyələndirir. O, bütün keyfiyyətləri ilə yüksək hörmətə layiq olan musiqiçi, hərbçi, şəxsiyyət və ictimai xadimdir. Onun mükəmməl dirijorluq maneraları, dəqiq jestləri, hər bir elementi özünə tabe etmək bacarığı professionallıq və peşəkarlıq mücəssəməsidir. O, təkcə yüksək səviyyəli musiqiçi kimi deyil, eyni zamanda, Vətənin keşiyində ayıq-sayıq dayanan bir zabit kimi tanınır. Əlbəttə ki, Yusif Axundovu bütün fəaliyyəti və insani keyfiyyətləri ilə nə qədər xarakterizə etsək də onu dinləməyi daha məqsədəuyğun hesab etdik. Görkəmli baş hərbi dirijorun AZƏRTAC-a müsahibəsini təqdim edirik.

-Yusif müəllim, 23 ildir Azərbaycan himnini şərəflə səsləndirən bir orkestrə rəhbərlik edirsiniz. Əvvəlcə fleyta ifaçılığınızdan hərbi dirijorluğadək qət etdiyiniz sənət yoluna nəzər salaq.

- Bu barədə danışmaq üçün gərək 50 il əvvələ ekskursiya edək. Bülbül adına musiqi məktəbini bitirdikdən sonra, 1964-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına indiki Bakı Musiqi Akademiyasına daxil olmuşam. Burda Əməkdar Artist, professor Ələkbər İsgəndərovun sinfində fleyta ixtisası üzrə təhsil almışam. O vaxt Bülbül adına musiqi məktəbi Bakı Musiqi Akademiyasının birinci mərtəbəsində yerləşirdi. İkinci mərtəbədən isə akademiya başlanırdı. Musiqi məktəbini bitirdikdən sonra akademiyaya qəbul oldum. Yəni 16 il bir binada bu ixtisas üzrə təhsil almışam. Mən burada təhsil aldığım dönəmlərdə bir çox korifey sənətkarlarımızla təmasda olmuşam, onlardan sənətin sirlərini öyrənməklə yanaşı, örnək götürməyə çalışmışam. Hələ konservatoriyada təhsil aldığım zaman bir sıra mədəni tədbirlərə dəvət alırdım. İlk dəfə mərhum bəstəkar Süleyman Ələsgərov məni Musiqili Teatra orkestrin solisti kimi dəvət etdi. Sonra 1969-cu ildə Gülarə Əliyeva tərəfindən “Dan ulduzu” ansamblının heyətində çıxış etmək üçün dəvət aldım. O vaxt ansamblda Kamil Cəlilov qaboyda, mən də fleytada ifa edirdik. Həmin dövrlərdə paralel olaraq Filarmoniyanın simfonik orkestrində müəllimim Ələkbər İsgəndərovla birlikdə orkestr musiqiçisi kimi çalışırdım. Əyani təhsil almağıma baxmayaraq həm çox çalışır, həm də işlərimi planlı şəkildə həyata keçirirdim. Mənim musiqiçi kimi yetişməyimdə anamın- Şərifə Axundzadənin çox böyük xidmətləri olub. O, özü ixtisasca ingilis dili müəllimi idi. Ancaq anamın musiqiyə olan sevgisi, bağlılığı və öz övladını gələcəkdə peşəkar musiqiçi kimi görmək istəyi bugünkü nailiyyətlərimə zəmin yaratdı. Onun sayəsində mən musiqi məktəbinə daxil oldum, sonra da akademiyada təhsilimi davam etdirdim. Zaman yetişdi, hərbi xidmət vaxtı çatdı. 1970-ci ildə hərbi xidmətə çağırıldım. Tale elə gətirdi ki, Xəzər Dəniz Hərbi Donanmasının tərkibində mahnı və rəqs ansamblında musiqiçi matros kimi xidmətə başladım. Bu andan etibarən həyatım yeni bir mərhələyə qədəm qoydu. Xidməti başa vurmağa az qalmış Ali Hərbi Dənizçilik Məktəbinin rəisi kontr-admiral G.Stepanov tərəfindən orkestr rəisi vəzifəsinə təklif aldım. Təklifi alanda düşünmək üçün vaxt istədim. Çünki mənə təklif edilən vəzifənin məsuliyyətini yaxşı dərk edir, həyatımın bundan sonra hansı məcraya yönələcəyini düşünürdüm. Bir müddət sonra təklifi qəbul etdim və bütün həyatımı hərbi musiqi sahəsinə bağladım. 1971-ci ildə mənə SSR Müdafiə Nazirliyinin imzası ilə leytenant rütbəsi verildi. Bundan sonra Xəzər Dəniz Hərbi Donanmasının Ali Hərbi Dənizçilik Məktəbində hərbi dirijor və orkestr rəisi kimi xidmətə başladım.

-Hərbi musiqiçi olmaq insanın üzərinə nə kimi vəzifələr qoyur. Ümumiyyətlə, hərbi musiqiçinin mülki musiqiçidən fərqi nədir?

-Musiqi sənəti bir elmdir. Hər şeydən öncə musiqini dərk etmək, sevmək və onun peşəkarı olmaq lazımdır. Ümumiyyətlə, hər bir sənət, peşə öz mütəxəssisinin üzərinə məsuliyyət hissi qoyur. İstəyirsən həbi musiqiçi ol, istəyirsən mülki musiqiçi, fərqi yoxdur, bir peşənin sahibisən, bir amala xidmət edirsən. Sənin adın musiqiçidir. Düşünürəm ki, bu barədə heç bir fərq ola bilməz. Yalnız bizim hərbçi olmağımız, yəni bir az obrazlı desək, əynimizdə daşıdığımız bu hərbi forma bizi mülki musiqiçilərdən fərqləndirə bilər. Biz hər vaxt hər bir şeyə hazırıq, yəni qrafiklə, bəzən qrafiksiz işləyirik. Bu da bizim hərbiçi olmağımızdan irəli gəlir. Hər zaman əmr gələ bilər, hər zaman harasa çağırıla bilərsən. Mən heç telefonumu gecələr də söndürmürəm. Ona görə də hər bir əmri icra etmək üçün daim gözləmə mövqeyindəyik. Bizi yalnız bu fərqləndirə bilər.

-Hərbi musiqiçi kimi hansı hadisəni həyatınızın dönüş nöqtəsi hesab edirsiniz?

-1979-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinə təhsil almaq üçün Qvineyadan bir qrup tələbə gəlmişdi. Yeni gəldikləri üçün məktəbin tədris dilini, yəni rus dilini bilmirdilər. Məktəbin siyasi idarəsinin rəisi məni yanına çağırıb dedi ki, sabah məktəbimizə Qvineyadan nümayəndələr gələcək, tədbir keçiriləcək. Bizə sabahadək Qvineyanın himnini öyrənmək və həmin tədbirdə səsləndirmək tapşırığı verildi. Amma bütün cəhdlərimə baxmayaraq himnin notlarını əldə edə bilmədim. Yeganə çıxış yolu himnin musiqisini dinləmək idi. İşin tərsliyindən lent yazısı da tapa bilmirdim. Bu zaman qvineyalı tələbələrdən birini orkestrə- yanıma çağırdım. Heç bir xarici dil bilməyən tələbəni müxtəlif əl hərəkətlərimlə başa saldım ki, öz ölkəsinin himnini oxusun. O, zümzümə etdikcə mən bunu nota köçürdüm və qısa zamanda orkestrləşdirdim. Səhəri gün məktəbdə keçirilən tədbirdə Qvineyanın himnini uğurla ifa etdik. Bu, həm məktəb rəhbərliyində, həm də Qvineyadan gələn nümayəndə heyətində xoş təəssürat yaratdı. Bu tədbirdən qısa müddət sonra mənə Əməkdar Mədəniyyət İşçisi fəxri adı verildi. İlk dəfə fəaliyyətimə verilən bu qiymət məni ruhlandırdı. Düşünürəm ki, bu, hərbi musiqiçi kimi həyatımda dönüş nöqtəsi yaratdı.

-Yusif müəllim, neçə oldu ki, sizin rəhbərliyiniz altında Əlahiddə Nümunəvi Orkestr yaradıldı?

-Ölkəmiz yenicə müstəqillik qazanmışdı. Sovet ordusu artıq yox idi. Onlar çıxıb getdikdən sonra hər şeyi özləri ilə aparmışdılar. Hər bir işi yenidən başlamaq lazım idi. Qərara aldım ki, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrini yaradım. Biz buna çox çətinliklə nail olduq. O vaxt Milli Orduya aid geyim formamız belə yox idi. Biz sovet ordusundan qalma hərbi formanı geyinirdik. Musiqi alətimiz də çatışmırdı. Əlimizdə olan alətlər də yararsız halda idi. Həmin vaxt Türkiyənin prezidentini qarşılamağa hazırlaşırdıq. Hazırlıq zamanı təsadüfən Türkiyənin ölkəmizdəki səfirliyinin hərbi attaşesi orkestrin məşq zalına daxil oldu. O bizim musiqiçilərin geyim formasını və ifa etdikləri alətləri görüb narahatçılıq keçirdi. Bizə bu sahədə yardım edəcəyini bildirdi. Biz qarşılanma mərasimində yüksək məharətlə çıxış etdik. Bir neçə müddət sonra bizə Türkiyədən musiqi aləti və parad geyim forması göndərildi. Bu cür yardımlar dəfələrlə təkrarlandı. Bəli, bu illərdə milli ordunun da təməli qoyulurdu. Biz də üzərimizə düşəni edir, səylə çalışırdıq. Çatışmayan vacib elementləri təftiş edirdik. Sovet ordusu zamanında hərbi kadrların hazırlanmasında qeyri-millətlərə, xüsusən də azərbaycanlılara ayrı -seçkiliklə yanaşılırdı. Bu siyasət hərbi orkestrdən də yan keçməmişdi. Ona görə də uzun müddətli və bir neçə mərhələdən ibarət olan mütəxəssis hazırlığı və milli kadrların yetişdirilməsi işini də həyata keçirmək lazım idi. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qeyd edilən istiqamətlərdəki çatışmazlıqları diqqətdə saxlayır, onların aradan qaldırılması üçün tapşırıqlarını verirdi. Ümummilli Liderimiz, eyni zamanda, orkestrdə milli kadrların yetişdirilməsi, hərbi musiqi mütəxəssislərinin hazırlanması işini də nəzarətdə saxlayırdı. Ulu Öndərin sayəsində hər şey öz axarına düşdü. Yaranan hər bir orkestr öz təyinatı üzrə xidməti tapşırıqları icra edirdi. Bəli, məqam yetişdi, Əlahiddə Nümunəvi Orkestr də yarandı. Biz hər zaman Heydər Əliyevin qayğısını üzərimizdə hiss edirdik. Bu gün də o qayğını Prezident İlham Əliyevdən görürük. Hazırda orkestr bir neçə istiqamətdə çalışır və ölkəmizdə rəsmi səfərdə olan qonaqların qarşılanma mərasimlərindən tutmuş, xüsusi əhəmiyyətli hərbi təyinatlı rəsmi tədbirlər, eyni zamanda, mədəni-kütləvi, ictimai tədbirlərdə hər bir tapşırığı yüksək səviyyədə icra edir.

- Orkestrə daxil olmaq istəyən musiqiçilərin seçimini necə aparırsınız?

-Orkestrin heyətində çalışan əməkdaşlar Bakı Musiqi Akademiyasının yetirmələridir. Akademiyanı bitirən yalnız istedadlı tələbələr bura gələ bilərlər. Çünki bu kollektiv prezidentlə üzbəüz duran kollektivdir. Burda hər şey yüksək səviyyədə olmalıdır. İxtisasından asılı olmayaraq istedadlı ifaçılar müraciət edirlər onların seçim məsələsinə özüm diqqət edirəm. Əgər istedadı və ifaçılığı ilə yanaşı, bütün uyğunluqlar yerindədirsə o musiqiçi bizim orkestr ailəsinin üzvü ola bilər.

- Rəhbəri olduğunuz orkestr sizin dirijorluğunuzla respublikamıza rəsmi və işgüzar səfərlərə gələn prezidentlərin qarşılanma mərasimində aidiyyəti dövlətlərin himnini səsləndirir. Qarşılanma mərasimləri üçün nəzərdə tutulan məşq prosesinizdən danışardınız.

-Məşq prosesi adi qaydada keçirilir. Bizdə məşq prosesi üç gün davam edir. Fikir vermisinizsə digər dövlətlərdəki rəsmi qarşılanma mərasimlərində hazır notlarla ifa edirlər. Ancaq biz məşq prosesi zamanı çalışırıq ki, proqramımızda olan aidiyyəti dövlətin himnini və orda nəzərdə tutulan ifaların notlarını əzbərləyək. Biz buna bütün gücümüzlə çalışırıq. Öncədən müəyyən edilmiş ritual çərçivədə məşqlər o qədər ciddi icra edilir ki, ən gözlənilməz vəziyyətlərdən belə asanlıqla çıxmaq mümkün olur. Bütün heyət repertuarı əzbər ifa edənədək öz üzərimizdə işləyirik. Bəzən olur ki, xarici ölkələrdən göndərilən himnlərin partiturası olmur və ya yarasız halda olur. Bəzən isə yalnız klavir mətni göndərilir. Belə olduqda mənim rəhbərliyimlə fəaliyyət göstərən bədii şura toplanılır və yaranmış çatışmazlığı aradan qaldırırıq. Orkestr tam hazır olandan sonra bu şəkildə rəsmi qarşılanmada iştirak edir. Elə olub ki, ölkəmizə rəsmi səfərə gələcək prezidentlərin nümayəndələri bizim məşqi prosesinə baxmaq üçün gəliblər. Roma Papasının ölkəmizə səfəri öncəsi Prezident iqamətgahında məşq edirdik. Bu zaman onlar tərəfdən iki nəfər rəsmi şəxs gəldi ki, himnə qulaq assınlar. Təbii ki, himni səsləndirdik və onlar bu ifaya çox məftun oldular. Bizə dedilər ki, siz məşq etməyin daha, onsuz da professional ifa edirsiniz. Ümumiyyətlə, deyim ki, birinci dəfə ölkəmizə səfərə gələn prezidentlər notsuz ifamıza görə təəccüblənilər. Hər zaman mən birinci dəfə səfər edənlərin notsuz ifamıza diqqətlə fikir verdiklərinin şahidi olmuşam. İkinci, üçüncü dəfə səfərə gələnlər bunu öncədən müşahidə etdikləri üçün onlara adi gəlir. Əlbəttə ki, ciddi məşq prosesimiz həmişə bizə üstünlük qazandırıb.

-Qarşılanma mərasimində daha çox hansı maraqlı hadisələr xatirənizdə qalıb?

-Maraqlı hadisələr çox olub. Bir dəfə ölkəmizə rəsmi səfərdə olan Əfqanıstanın prezidenti Şəhidlər xiyabanına gəlmişdi. Əklil qoyma mərasimində biz də orkestrlə iştirak edirdik. Orada Əfqanıstanın himnini əzbərdən səsləndirdik. Prezident əklili qoyduqdan sonra mənə yaxınlaşdı və ifaya görə təşəkkürünü bildirdi. Daha sonra İsveçrənin prezidenti ölkəmizə səfərə gələndə Şəhidlər xiyabanında orkestrə yaxınlaşdı və tərcüməçi mənə dedi ki, sizin ifanız onun çox xoşuna gəlib. Buna görə sizə çox sağ ol deyir və sizdən yenə də nə isə bir şey ifa etməyinizi istəyir. Mən də özlüyümdə fikirləşdim ki, bura Şəhidlər xiyabandır, nə ifa edə bilərəm ki. Bu məkanda yalnız matəm musiqisi və dövlətlərin himni ifa edilə bilər. Üzümü orkestrə çevirdim, “Koroğlu” operasından uvertüranı notsuz elə ifa etdik ki, qonaq Prezident məftun oldu, əsərin ifası zamanı dinamik sıçrayışlara etinasız qala bilmədi, qeyri-ixtiyari reaksiya verdi. Hətta ətrafdakılar da baş verənlərin təsirində idilər. Daha sonra İsrail prezidentin köməkçisi ölkəmizə səfərə gələndə təbii ki, hər iki dövlətin himnini notsuz, əzbərdən səsləndirdik. Çox keçmədi ki, o, təəccübünü gizlətməyərək bizə yaxınlaşdı. Soruşdu ki, siz bu İsrailin himnini nota baxmadan necə səlis və dəqiq səsləndirirsiniz. Mən dedim ki, bu, bizim sizə olan hörmətimizin göstəricisidir. Ümumiyyətlə, qarşılanma mərasimlərində maraqlı və qürurverici mənzərələrin dəfələrlə şahidi olmuşuq.

-Siz, eyni zamanda, Bakı Musiqi Akademiyasında kafedra müdirisiniz, yəni pedaqoji fəaliyyətlə də məşğul olursunuz. Tələbələr arasında hərbi dirijor və ya musiqiçi olmağa maraq hansı səviyyədədir?

-Maraq yüksək səviyyədədir. İldən-ilə bu maraq çoxalır. İstedadlı gənclərimizdə, eyni zamanda, vətənpərvərlik hissinin də yüksək səviyyədə olduğunu müşahidə edirəm. Bir pedaqoq kimi tələbə yetişdirməklə yanaşı, onların hər şeydən öncə şəxsiyyət kimi formalaşmasına çalışırıq. Necə deyərlər, müəllim ilk növbədə öz şəxsiyyəti ilə tərbiyə edir. Mənim yetişdirdiyim tələbələrim indi respublikanın müxtəlif musiqi kollektivlərində çalışırlar. Hətta xarici ölkələrdən də sinifimdə hərbi dirijor ixtisasına yiyələnən tələbələr olub. Tələbələrimin gələcəyinə böyük ümid bəsləyirəm, onlardan gözləntilərim çoxdur. İnanıram ki, onlar həm həyatda, həm də yaradıcılıqda özlərini doğruldacaqlar.

-Ailənizdə sizin yolunuzu davam etdirəcək kimsə varmı?

-Bəli, oğlum Rüfət Axundzadə hazırda yolumu davam etdirir. Bizim ailədə elmlə yanaşı, mədəniyyət və incəsənətə hər zaman maraq olub. Bu səbəbdən bəlkə də övladımın böyüdüyü mühit ona stimul verib, bu sahəyə ruhlandırıb. Sözsüz ki, burada Tanrı payı olan istedadın da böyük rolu var. Lakin sənətin sirlərini dərindən mənimsəmək üçün ciddi hazırlaşmalısan. Övladım bu vaxtadək öz istedadı və qabiliyyəti sayəsində hər şeyi özü əldə edib. Onun “zəhməti hər şeydən üstün tut” prinsipi bir valideyn kimi məni olduqca sevindirir. Çünki o, zəhməti sayəsində daha da böyük işlər görəcək. Hazırda o, Hərbi Orkestrin rəisi vəzifəsini icra edir. Əməkdar İncəsənət Xadimi, eyni zamanda, polkovnik-leytenantdır. Həmçinin oğlum pedaqoji fəaliyyətini Bakı Musiqi Akademiyasında nəfəs və zərb alətləri kafedrasının dosenti kimi davam etdirir. İndi o, öz üzərində işləyir, çalışır. Rüfətin bundan sonrakı fəaliyyətinə böyük inam bəsləyirəm, yüksək nailiyyətlər qazanacağına inanıram.

-50 ildən çox musiqi mədəniyyətimizə töhfə verən bir general kimi nə arzularınız var?

- Demək olar ki, bütün şəxsi arzularıma çatmışam. Ancaq xəyalı ilə yaşadığım ən böyük arzum hələ yerinə yetməyib. O arzum budur ki, düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunsun. Mənim dirijorluğumla Müdafiə Naziyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri qələbə paradı səsləndirsin. İnanıram ki, Ali Baş Komandanımız İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində torpaqlarımız sülh yolu ilə işğaldan azad ediləcək. Bizim qüdrətli və yenilməz ordumuz var. Onlar hər dəqiqə Ali Baş Komandanın əmrini gözəyirlər. Tezliklə bu arzuma da çatacağıma böyük ümidlər bəsləyirəm.

-Maraqlı müsahibə üçün çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cüdo üzrə "Raquf Orucov Kuboku"nun qalibi məlum olub

Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik

Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub

Türk Dövlətləri Autizm Federasiyasının Bakı toplantısı təşkil olunub

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib

DİN: Aprelin sonuncu günündə xeyli silah və sursat təhvil götürülüb

DİN: Ötən gün 67 cinayətin üstünün açılması təmin olunub

Prezident: Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır

BDU-da Karyera Festivalı davam edir

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

Prezident İlham Əliyev: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlayıb

Milli Kitabxanada “Yazıçı-dramaturq İsi Məlikzadə - 90” adlı kitab sərgisi açılıb

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Çempionlar Liqası: Bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır VİDEO

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən daha 41 nəfər saxlanılıb

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini azaldıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK VİDEO

Süni intellekt sayəsində antibiotik istifadəsi keçmişdə qala bilər

Çində magistral yolun çökməsi nəticəsində 19 nəfər ölüb - YENİLƏNİB

Lənkəranda evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Azərbaycan maarifçilərinin Xarəzm cədidçiləri ilə əməkdaşlıq tarixindən bəhs edən monoqrafiya çapdan çıxıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Bakıda havada tozun miqdarı normadan artıqdır

ABŞ-da avtobusla qatarın toqquşması nəticəsində 55 nəfər xəsarət alıb

Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır – Faktiki hava

Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasını alqışlayır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Bu gündən birinci siniflərə şagird qəbulu başlanır

Ülviyyə Fətəliyeva: Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz sözünü deyəcək – ŞƏRH

Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb

Fransada Olimpiadanın təşkili ilə bağlı məlumatlar olan daha bir noutbuk oğurlanıb

Sudanın əhalisi aclıqla üz-üzə qalıb

Ayaqlardan ürək çatışmazlığını təyin edən süni intellekt dəstəkli cihaz hazırlanıb

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub

Ankarada Qərbi Azərbaycandan deportasiya mövzusunda beynəlxalq müşavirə keçiriləcək

D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib

Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib

ABŞ-ın Nyu-Meksiko ştatında F-16 qırıcısı qəzaya uğrayıb

Bakıda Azərbaycan-Pakistan mədəniyyət gecəsi təşkil edilib

Elçin Əmirbəyov: Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək

Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda qalib müəyyənləşməyib

Bloomberg: İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var VİDEO

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Rumıniyada NATO-nun təlimi keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olardı

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib