Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Yüz ilin ortaq nöqtələri və qovuşan paralellər

Yüz ilin ortaq nöqtələri və qovuşan paralellər

İyunun 26-da Azərbaycan Ordusunun yaradılmasının 100 ili tamam olur

Bakı, 26 iyun, AZƏRTAC

Evklid həndəsəsinə görə paralel xətlər kəsişmir. Gündəlik həyatda da paralellər çoxdur. İnsan cəmiyyətləri toplum kimi təşkilatlandıqca, böyüdükcə bu paralellər yan-yana uzanıb gedir.

Hər bir xalqın, dövlətin, ordunun yaranması, inkişaf etməsi, qüdrətlənməsi üçün yolunda çalışan vətəndaşların fəaliyyəti paralellərdən ibarət olsa da, dövlətçilik naminə ortaq “nöqtələri” olur. Xalq, cəmiyyət, formalaşdıqca, möhkəmləndikcə, həmrəy olduqca bu paralellər və nöqtələr çoxalır, artır.

Dövlətçilik bünövrəsi qoyub, dövləti iqtisadi cəhətdən gücləndirdikcə, müstəqilliyini qoruyub saxladıqca, əldə etdiyi uğurları qorumaq üçün ordu yaradıb, onu qüdrətləndirmək üçün addımlar atdıqca meydana çıxan bu ortaq nöqtələr paralelliyin davamıdır.

Həndəsədə mümkün olmasa da, lakin tam əminliklə demək olar ki, həndəsədən fərqli olaraq tarixi mərhələlərdə bu paralellərin qovuşduğu nöqtələr vardır. Çünki bu xətlər xalqın, millətin arzularından doğan paralellərdir və bu paralellərin birləşməsi də elə onları yaradanların əlindədir.

Ortaq nöqtələrdən ibarət paralellərin qovuşduğu yerdən xalq, dövlət, ordu daha böyük güclə, qüdrətlə, əzmlə irəli, uca zirvələrə doğru yolunu davam edir.

Yüz il bundan əvvəl təməli qoyulan və bu gün bir əsrlik yubileyini qeyd etdiyimiz Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun keçdiyi yollar xalqımızın, azərbaycanlıların taleyi ilə bərabər hərəkət edən paralellərlə doludur. Yüz il əvvəl dövlətçiliyimizin müəyyən edilməsi, xalq olaraq milli mənəvi dəyərlərimizin, sərhədlərimizin, dövlət atributlarımızın qorunub, saxlanması və inkişaf etdirilməsi istiqamətində yeni bir mərhələyə start verildi.

Azadlıq, müstəqillik arzusu ilə yaşayan xalqımız müsəlman Şərqində ilk demokratik, dünyəvi dəyərlərə söykənən dövlət yarandığını dünyaya bəyan edərək müstəqillik istəyinə nail oldu. Cəmi 23 ay yaşayan Xalq Cümhuriyyəti bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın həyatında taleyüklü əhəmiyyətə malik qərarlar qəbul etdi və bu qərarların həyata keçməsi üçün addımlar atıldı. Müstəqilliyin daxili və xarici düşmənlərdən qorunması məqsədilə atılan ən uğurlu addımlardan biri məhz Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə Azərbaycan Ordusunun təməlinin qoyulması oldu.

Sovet imperiyasının süqutundan sonra yenidən müstəqilliyə qovuşan dövlətimiz və onun yaratdığı Ordu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, yüz il əvvəl təməli qoyulmuş dövlətin və ordunun layiqli varisləridir. Bu gün xalqımız, dövlətimiz və ordumuz bu varislik ənənəsinə sadiq qalaraq müstəqilliyimizin qorunması yolunda əzmlə, inamla çalışır və daim irəliləyişə, yüksəlişə nail olur.

Ulu öndər Heydər Əliyev dövlətimizin müstəqilliyimizdən danışarkən deyərdi ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətindir. Təbii ki, bu şərəfli vəzifənin yerinə yetirilməsində ən böyük yük və vəzifələrdən biri məhz Ordumuzun üzərinə düşür. Bu gün tam əminliklə demək olar ki, dövlətimizin diqqət və qayğısı, uğurlu, inamlı addımların nəticəsi olaraq günbəgün qüdrətlənən Azərbaycan Silahlı Qüvvələri bu taleyüklü, müqəddəs vəzifənin - müstəqilliyimizin qorunması, əbədi olması kimi tapşırığın öhdəsindən gəlməyə tam qadirdir.

Müstəqilliyimiz dövründə nail olduğumuz ən böyük nailiyyətlərdən biri, məhz Ümummilli Liderimizin şah əsəri olan müasir, müstəqil Azərbaycan və onun Ordusudur. O ordu ki, bu gün Ali Baş Komandan İlham Əliyevin cəsarətli addımları sayəsində regionun ən güclü ordusuna çevrilərək dünyanın qüdrətli orduları ilə bir sırada dayanmağa layiq olduğunu sübut edib. Dünya miqyasında keçirilən ən böyük tədbirlərdə iştirak edən hərbi qulluqçularımızın fəaliyyəti nəticəsində ölkəmiz, ordumuz haqqında deyilən xoş sözlər, hərbçilərimizin layiq görükdükləri mükafatlar da yuxarıda dediyimiz fikirlərin əyani sübutudur.

Ölkəmizin iqtisadi qüdrəti, potensialı artdıqca, ordumuzun da qüdrətlənməsi istiqamətində böyük addımların atılması mümkün olur. Bu gün ordumuzun gücündən, qüdrətindən danışarkən bir çox tarixi anlarla yanaşı, yada salınmalı olan, ən çox xoş duyğular bəxş edən 1994-cü ilin Horadiz əməliyyatı və 2016-cı il aprelin ilk dekadasında həyata keçirilən əks-həmlə əməliyyatlarıdır. Hər iki tarixi məqamda ordumuzun qəhrəman hərbçiləri xalqımıza qələbə sevincini yaşatdı ki, məhz bu səbəbdən bu anların mənəvi və tarixi əhəmiyyəti daha böyükdür.

1994-cü ildə həyata keçirilən Horadiz əməliyyatını səciyyələndirən başqa amillərlə yanaşı, ən böyük amil birliyimizin və ruh yüksəkliyimizin bərpasıdır ki, buna da Ulu Öndərin sayəsində o vaxt nail olduq. Bu əməliyyat, xarici və daxili düşmənlərimizin xəyanətinin səbəbi olan uğursuzluqlardan təngə gəlmiş xalqın, ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşməsinin nəticəsində Qarabağ müharibəsində əldə etdiyimiz İLK böyük və qürurverici qələbə kimi ölkəmizin hərb tarixinə həkk olundu. 1993-cü ilin dekabrında başlayan və 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə yekunlaşan döyüşlər nəticəsində Füzuli rayonunun 20-dən çox kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşmən işğalından azad edildi. Əməliyyat nəticəsində həmçinin düşmənin çoxlu canlı qüvvəsi və hərbi texnikası məhv edildi, döyüş texnikası, xeyli sayda silah-sursatı qənimət kimi ələ keçirildi. Horadiz əməliyyatı ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirildi. Ulu Öndərin böyük sərkərdəlik məharəti, qətiyyəti sayəsində Azərbaycan Ordusu bu uğura imza atmaqla xalqımıza qələbə sevinci yaşatdı və Ordumuzun qələbə əzminin daim yaşadığını xalqımıza sübut etdi.

Hərb tariximizin parlaq səhifələrindən biri və Qarabağ müharibəsi tarixində xüsusi yeri olan Horadiz əməliyyatından danışarkən şanlı Aprel döyüşlərini də yaddan çıxartmaq olmaz. Aprel döyüşlərindəki qələbəni, uğurlu Horadiz əməliyyatının davamı kimi dəyərləndirmək isə daha düzgün olardı. Hər ikisi qələbə ilə nəticələnən, bir–birinə bənzər lakin, həm də fərqlənən bu şanlı tarixi hadisələr ölkəmiz üçün gözəl nəticələrə səbəb oldu. Və sevindirici haldır ki, hər iki tarixi anda Azərbaycan Ordusunun rolu əsas faktorlardan biri oldu.

Xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev ilk qətiyyətli qərarlarını məhz ordu quruculuğu istiqamətində qəbul etdi və bu gün də cənab İlham Əliyev tərəfindən inamla davam etdirilən uğurlu islahatların başlanğıcını qoydu. Dağınıq, müxtəlif qurumların marağına xidmət edən dəstələr, özünü müdafiə taborları ləğv edilərək, yerində vahid komandanlıqdan idarə olunan, elmi əsaslarla inkişaf etdirilən nizami ordu quruculuğuna start verildi. Ulu Öndərin tez–tez hərbi hissələrə, obyektlərə baş çəkməsi, cəbhə bölgəsinə səfərlər edərək əsgərlərlə görüşməsi ordumuzda ruh yüksəkliyinə səbəb oldu və ayrılıqlara son qoyan birliyə səbəb oldu ki, bu da qələbənin əldə olunmasında ən mühüm rol oynayır.

Aprel döyüşlərini Horadiz əməliyyatından fərqləndirən amillərdən biri də 1994-cü ildə təməli qoyulan ruh yüksəkliyi, vahid komandanlıqla yanaşı, son illər yeni texnologiyaların tətbiqi ilə istehsal olunan silah və texnikanın alınması ilə ordumuzun qüdrətinin artması, eləcə də hərbçilərimizin peşəkarlığı nəticəsində döyüş hazırlığı səviyyəsinin yüksəlməsi oldu. Bu döyüşlərdə ordumuzun şəxsi heyəti sübut etdi ki, atəşkəs dövründə yaranmış sabitlik hədər getməyib. Döyüş ruhunu daha da artıran, mənəvi psixoloji durumunu saflaşdıran, təlimlərdə və poliqonlarda nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnən, təcrübə qazanan ordumuz, 1994-cü ildə olduğu kimi, yenə də ruh yüksəkliyi ilə, həmrəyliklə öz qələbə əzminin daima yaşadığını bir daha hər kəsə sübut etdi.

Güclü dövlətin, qətiyyətli Ali Baş Komandanın dəstəyini və dünyanın harasında yaşamasından asılı olmayaraq, azərbaycanlıların həmrəyliyini hiss edən ordumuz, daha qətiyyətlə, daha inamla irəli atıldı və düşmənə layiq olduğu yeri göstərdi. Ölkə prezidentindən məktəbliyə qədər heç kimin bir qarış torpaq güzəştə getmək niyyətində olmadığını bilən Azərbaycan Ordusu da göstərdi ki, düşmən heç vaxt işğal etdiyi Azərbaycan torpaqlarında rahat otura bilməyəcək. Mütləq mənada ya xoşluqla çıxacaq, ya da Aprel zərbələri kimi həmlələrə məruz qalaraq darmadağın edilməklə ərazilərimizdən qovulacaq. 2016-cı ilin dörd günlük döyüşləri eləcədə bu yaxınlarda Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyat dediklərimizə əyani sübutdur. Son söz budur ki, Ordumuz ərazi bütövlüyümüzü hərb yolu ilə bərpa etməyə israrlıdır, qadirdir və Ali Baş Komandanın bununla bağlı hər əmrinə hazırdır.

1994-cü ilin may ayının 12-də cəbhədə rəsmən atəşkəs elan olunmasına baxmayaraq, erməni silahlı birləşmələri daima atəşkəs rejimini pozmaqda davam edir. Lakin səngərlərdə ayıq-sayıq dayanan Azərbaycan əsgərləri ön xətdə düşmənə layiqli cavab verərək, erməni təxribatlarının qarşısını qətiyyətlə almaqla yanaşı döyüş qabiliyyətini artırma tədbirlərindən də geri qalmır. Hər gündən, hər dəqiqədən səmərəli istifadə edərək qələbə gününü yaxınlaşdırmaq üçün döyüş hazırlığını artırmaqla müqəddəs borcunun icrasına hazırlaşır.

Fikrimcə, Azərbaycan Ordusunun yaranmasının 100 illiyini qeyd etməyə hazırlaşdığımız ərəfədə bir daha son illər əldə etdiyimiz uğurlar və bu uğurların parlaq nəticələri olan “Aprel zəfəri” barədə bəzi məqamlara diqqət yetirmək yerinə düşərdi. Çünki ildönümü, hər yubiley bir növü əldə edilən uğurların, qələbələrin, nailiyyətlərin hesabat nöqtəsi və yeni zirvələrə açılan yolun başlanğıcıdır.

2016-cı ilin mart ayının ortalarından başlayaraq Ermənistan qoşunları iriçaplı silahlardan, qumbaraatan, minaatan, eləcə də kalibri 120 mm-dən yuxarı olan artilleriya sistemlərindən istifadə etməklə təxribatlara başladı. Hər təxribat nəticəsində düçar olduğu uğursuzluqlarının əvəzini çıxmağa cəhd göstərən Ermənistanın kriminal hərbi siyasi-rejiminin göstərişi ilə aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz və qoşunların təmas xəttinə yaxın bir çox yaşayış məntəqələrimiz düşmənin intensiv atəşinə məruz qaldı. Bu təxribatların qarşısının alınması, cəbhəyanı məntəqələrdə yaşayan insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2016-cı ilin aprelində Azərbaycan Ordusu ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qətiyyətli tədbirlərə əl atdı. Ordumuz əks-həmlə əməliyyatı keçirərək düşmənə öz gücünü qüdrətini göstərməklə, ona uzun zaman unudulmayacaq dərs verdi. Nəticədə ağır zərbələr alan düşmən yaşayış məntəqələrimiz üçün təhlükə yaratmaq üçün istifadə etdiyi mövqelərdən geri çəkilməyə məcbur edildi. Həmin vaxtlar yayılan rəsmi məlumatlar isə cəbhə xəttindəki mövcud duruma düzgün qiymət verməyə tam imkan verir.

“Qarşı tərəfin hərbi aktivliyini azaltmaq, Ermənistan silahlı qüvvələrinin təxribatları genişləndirməsinə imkan verməmək və düşmənin fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirildi, Ali Baş Komandana məruzələr edildi və dərhal cavab tədbirlərinin görülməsi barədə tapşırıqlar verildi. Düşmənə sarsıdıcı zərbələr endirildi, bir çox strateji yüksəkliklər nəzarətə götürüldü, hektarlarla ərazilər azad edildi və kəndlərdə yaşayan mülki vətəndaşların təhlükəsizliyi təmin edildi. Əks-həmlə əməliyyatı zamanı Ermənistan silahlı qüvvələrinin hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı. Ermənistan əlavə hərbi qüvvə, o cümlədən könüllü adı altında dünyanın müxtəlif qaynar nöqtələrindən muzdlu döyüşçülər gətirməklə itirdiyi əraziləri geri qaytarmağa dəfələrlə cəhd göstərsə də, lakin hər dəfə də tutarlı cavab alaraq geri otuzduruldu”. Bütün bu fikirlər həmin günlərdə yayılan rəsmi və operativ məlumatlarda öz əksini tapmışdır.

Bu gün tam əminliklə demək olar ki, 2-5 aprel 2016-cı il tarixlərində cəbhə xəttində gərginliyin artması istiqamətində düşmənin törətdiyi əməllər Ermənistanın Azərbaycana qarşı növbəti daha geniş hərbi təxribatlar törətmək məqsədilə əvvəlcədən planlaşdırdığı ssenarinin bir hissəsi idi.

Artıq iki ildir ki, Aprel döyüşləri Azərbaycan xalqının birliyinin nümayişi, şanlı tariximiz, böyük qələbəmiz, hərbçilərimizə fəxr, başucalığı gətirən tarixi an kimi qeyd edilir.

Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda Müdafiə Nazirliyi rəhbərliyinin düzgün qurduğu fəaliyyət nəticəsində Ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusu mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi. Atəşkəs elan edildikdən keçən dövr ərzində ermənilər ilk dəfə törətdikləri təxribata görə cavablarını aldılar və bu düşmən üçün gözlənilməz olduğu qədər də layiqli cavab oldu.

Bu hadisələr zamanı birlik və həmrəylik nümayiş etdirən xalqımız və hərbçilərimiz bir daha hamıya göstərdi ki, Ermənistan heç vaxt Azərbaycan Ordusu ilə döyüş meydanında açıq-aşkar savaşda duruş gətirə bilməz və onlar bu cəsarətə, bacarığa malik deyirlər. Düşmən bizimlə savaşda yalnız havadarları və ancaq xəyanət nəticəsində nə isə əldə edə bilər. Boyunlarına alaraq, düzgün nəticə çıxarmağı bacarsalar onda öz xalqını nahaq yerə qırdırmaqdan Azərbaycan torpaqlarından tezliklə, qeyd şərtsiz çıxmaqla Ermənistan tərəfi ən düzgün addımı atmış olar.

Şəxsi heyətin döyüşlərdə son dövrlər alınmış yeni müasir silahların tətbiqi zamanı hərbçilərimizin onlardan istifadə bacarığını, silahların zərbə gücünü, effektivliyini sınadıq, həmçinin şahidi olduq ki, ölümsaçan silahın zəhmi əsgərlərimizi bir an sarsıtmadı, əksinə onların bacarığı sayəsində bu silahlar düşmən üçün daha da qorxunc və dağıdıcı oldu. Artilleriya-raket zərbələrindən bacarıqla istifadə edən bölmələrimizin yeni texnologiyaların tətbiqi ilə, koordinatları əvvəlcədən müəyyən edilmiş düşmən mövqelərinə endirilən atəşlərin dəqiqliyi və bu üzdən düşmən itkilərinin qat-qat artıq olması nəinki döyüşlərdə iştirak edən ermənilərdə, nəinki Qarabağda, hətta Ermənistanda əhalinin vahiməyə düşməsinə səbəb oldu. Necə deyərlər, Azərbaycan hərbçilərinin peşəkarlığı öz sözünü dedi.

Hərbçilərimizin ancaq şəhid olaraq tərk etdiyi həmin döyüşlərdən çıxarılan daha bir və ən vacib nəticə budur ki, bu dörd gün ərzində hər kəs yüksək nizam-intizam, hərbi anda sədaqət nümayiş etdirərək sona qədər savaşdı və bir nəfər də olsun hərbi qulluqçu döyüş mövqeyini sağ ikən tərk etmədi, silahı son ana qədər yerə qoymadı. Həmin günlərdə hərbi kollektivlərdə münasibətlərin yüksək səviyyədə, həqiqi dostluq, döyüş yoldaşlığı, qardaşlıq, bir ailə kimi səmimi olması da Aprel döyüşlərinin xüsusiyyətlərindən biri oldu. Komandirlərlə əsgərlər arasında münasibətlərin inam üzərində qurulması da qələbəmizin əsasını qoydu. Aprel döyüşləri göstərdi ki, bizim əsgərin igidliyi, qəhrəmanlığı, şücaəti sərhədsizdir və şəxsi heyət nəinki torpaqlarımızı son damla qanınadək müdafiə etməyə, hətta irəli atılaraq, düşmən sədlərini yararaq irəliləmək və ərazi bütövlüyümüzü təmin etmək əmrinə hazırdır və qadirdir.

Həmçinin dörd gün davam edən əməliyyatda iştirak edən rəhbər heyətin, zabitlərin, komandirlərin peşəkarlığı, idarəetmə qabiliyyəti, başqa birləşmələrlə uzlaşmada əlaqəli fəaliyyəti də səmərəli oldu ki, bu da uğur qazanmamızda öz müsbət rolunu oynadı.

Aprel döyüşlərini səciyyələndirən müsbət amillərdən biri də döyüş təchizatının durmadan təmin olunması, ehtiyatların vaxtında çatdırılması, qoşun xidmətinin düzgün qurulması, fasiləsiz rabitə, kəşfiyyat və radioelektron mübarizənin düzgün icrası, tibbi xidmətin yüksək səviyyəsi, yerli icra orqanları və ictimaiyyətlə əlaqələrin səmərəli təşkilidir ki, bu da əməliyyatlar-da Ordumuzun manevrlərini sürətlənirdi, gözlənilməzliyi və qəfil zərbələrin endirilməsini təmin etdi, eləcə də güc və qüvvələrin tətbiqi imkanlarını qat-qat artırdı. Yuxarıda qeyd edilən və ordu rəhbərliyi tərəfindən uğurlu yerinə yetirilən bu tədbirlər də müasir döyüş əməliyyatlarında uğur qazanmanı təmin edən aparıcı amillərdəndir.

Bu əməliyyatlarda Ordumuz sözündə və əməlində dürüst olduğunu göstərdi və sübut etdi ki, inam, etibar sahibidir. Şəxsi heyət döyüş təcrübəsinə əlavələr qatdı, artırdı, öz qüdrətinə daha da əmin olaraq irəli atıldı. Artıq sərhədyanı rayonlarda yaşayan sakinlər də tam əmin oldu ki, onları inamla qoruyan, onların təhlükəsizliyinin təmin etməyə qadir olan güc, qüvvə, qüdrət - Azərbaycan Ordusu var. Xalqımız da hərbi qulluqçularımızın düşmənlə döyüşündə bunun şahidi oldu.

Məhz bütün bu yuxarıda sadaladığımız amillərin nəticəsidir ki, erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Bir neçə istiqamətdəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

Sonda diqqətə çatdırmalı daha bir məqam odur ki, düşmən səriştəsizlik, komandanlığın yarıtmazlığı ucbatından uğradığı məğlubiyyətə, çoxsaylı canlı qüvvə və hərbi texnika sarıdan məruz qaldığı çoxsaylı itkilərə haqq qazandırmaq məqsədilə, Azərbaycan tərəfinin əks-həmlə əməliyyatında istifadə etdiyi qüvvələr nisbətini qat-qat şişirtməsidir. Amma dəfələrlə ən mötəbər kürsülərdən belə elan edildi ki, Azərbaycan Ordusu ixtiyarında olan silah, hərbi texnikanın cüzi bir hissəsindən və yalnız ön xətt bölmələrinin canlı qüvvəsinin bir qismindən yararlanaraq düşmənə üstünlüyünü sübut etməklə bu şanlı qələbəyə imza atdı.

Bu gün həmin anlardan iki il keçdikdən sonra yenə də əminliklə deyə bilərik ki, Azərbaycan Ordusunun bütün şəxsi heyəti göstərilən etimadı daima doğrultmağa, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzün təmin edilməsi kimi müqəddəs vəzifəsini şərəflə yerinə yetirməyə hazırdır.

Sonda bütün deyilənlərə yekun vuraraq demək olar ki, Aprel döyüşlərində əldə etdiyimiz qələbə Ali Baş Komandanın, dövlətimizin, hökumətimizin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının hədər getmədiyinə ən bariz nümunədir. Ordumuz əməli ilə göstərdi ki, xalqımızın, Vətənimizin, ölkə rəhbərliyinin Ordumuza etimad etməsi, Ordumuzu sevməsi hədər deyil.

İnanırıq ki, qələbə əzmi ilə xidmət edən ordumuzun şəxsi heyəti xalqımızı daha çox qələbələrlə sevindirəcək. Bu isə Azərbaycan Ordusunun dövlət qayğısına, xalq sevgisinə ən düzgün cavabı olmalıdır.

Qeyd: Evklid həndəsəsinə görə paralel xətlərin kəsişməməsi, bir nöqtədə birləşməməsi aksiomadır. Lakin tarixi mərhələlərin təsnifatında bunu əminliklə iddia etmək mümkün deyil. Çünki bu xətlər xalqın, millətin, ayrı-ayrı insanların arzularından doğan paralellərdir. Və bu paralellərin üst-üstə düşməsi, ortaq nöqtəsinin olması, bu paralellərin qovuşma nöqtələrinin olması onları yaradanların əlindədir.

Gündəlik həyatımızda da istənilən sayda paralellər göstərmək olar. Xalqımızın, dövlətimizin, ordumuzun yaranması, inkişaf edərək qüdrətlənməsi və bu yolda fədakarlıq göstərən vətəndaşların həyat fəaliyyəti paralellərdən ibarətdir. Biz təşkilatlandıqca, xalq kimi formalaşdıqca, böyüdükcə, dövlətimizin arxasında cəsarətlə durduqca, döyüşdə qələbə qazanılacağına inandıqca, etibar etdikcə bu paralellərin ortaq nöqtələri çoxalır və “xətləri üst-üstə düşür”.

Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün Azərbaycanlıların həyatında mövcud olan paralellərin qovuşmasını istədiyimiz bir nöqtə var. Bu, müasir tariximizdə müstəqillik əldə etdikdən sonra, amalımızın, əzmimizin, mübarizəmizin ən mötəbər nöqtəsi olan Dağlıq Qarabağdır. Əminəm ki, məhz hamımızın həyatında irəliləyən paralellərin qovuşması münaqişənin qələbəmizlə həllinə və ərazi bütövlüyümüzün təmin edilməsinə gətirib çıxaracaq.

İsa Eldaroğlu

hərbi jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir 

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib