SİYASƏT
ZAQATALADA QARĞIDALI YIĞIMI DAVAM EDİR
Zaqatala rayonunun fermer təsərrüfatlarında bu il 3 min 747 hektar sahədə qarğıdalı əkilmişdir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fermerlər cari ildə 20 min tona yaxın qarğıdalı məhsulu tədarük etməyi planlaşdırırlar. Aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması nəticəsində sahələrdə bol məhsul yetişmişdir. Artıq 1682 hektar sahədə yığım başa çatdırılmış, 8 min 746 ton məhsul tədarük olunmuşdur. Hər hektardan məhsuldarlıq orta hesabla 52 sentner təşkil edir.
Maqov, Danaçı, Əliabad, Muxax və Aşağı Tala kəndlərinin fermer təsərrüfatlarında daha yüksək məhsul götürüləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:21]
Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq
- 26.04.2024 [14:59]