SİYASƏT


Zakir Həsənov və Hulusi Akar “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak ediblər VİDEO

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlimin dekabrın 6-da “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və digər qoşun növlərinin komandanları təlimləri izləmək üçün poliqona gəliblər.

Birgə taktiki təlimlərdə hər iki ölkənin ordularının hərbi qulluqçuları və bölmələri yüksək peşəkarlıq və bacarıq göstərib, birgə fəaliyyətlərin planlaşdırılmasında və icrasında qərargahların və bölmələrin şəxsi heyəti əvvəlki təlimlərdə əldə etdikləri təcrübələrini artırıblar. Həmçinin hərbçilərimiz qardaş ölkələrimizin milli maraqlarından irəli gələn strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlməyə hazır olduqlarını nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.