Zaqatalalı gənclərə “Mənim peşəm mənim gələcəyimdir” layihəsi təqdim olunub
AzerTAg.az
Zaqatala, 27 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi rayon gənclərinə “Mənim peşəm mənim gələcəyimdir” adlı layihə təqdim edib. Layihə çərçivəsində mərkəzin əməkdaşları Zaqatala Peşə Məktəbində olub, biznes təlimçisi İlkin Həbilov şagirdlərə interaktiv təlim keçib.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlim zamanı məktəbin şagirdlərinə “Peşəni necə biznesə çevirmək olar?”, “Günümüzdə hansı peşəyönümlü biznesə ehtiyac daha çoxdur?”, “Peşəyönümlü biznes qurmaq üçün müqaviməti necə aradan qaldırmaq olar?” və digər mövzular barədə ətraflı məlumat verilib.
İnteraktiv təlimin sonunda şagirdlərin sualları cavablandırılıb.




Xəbərin mətnində orfoqrafik səhv var