Zelenski Ukrayna hərbçilərinin Zaporojyedəki ön mövqelərinə gedib
AzerTAg.az
Kiyev, 27 mart, AZƏRTAC
Prezident Volodimir Zelenski Ukrayna hərbçilərinin Zaporojye vilayətindəki ön mövqelərinə gedib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezidentinin teleqram kanalında yayılıb.
“Zaporojye vilayətinin ön mövqelərində hərbçilərimizin yanında olmaqdan şərəf duyuram”, - deyə Zelenski bildirib. O, ukraynalı döyüşçülərlə görüşüb, onlara mükafatlar təqdim edib.
“Ukraynanı, suverenliyimizi, şəhərlərimizi, uşaqlarımızı qoruduğu üçün hər bir əsgərimizə təşəkkür edirəm. Biz mütləq qalib gələcəyik”, - deyə Prezident Zelenski əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Prezidenti Silahlı Qüvvələrin Baxmut istiqamətindəki mövqelərinə də baş çəkmiş, Xarkov və Xerson vilayətlərinə səfər etmişdi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev



Xəbərin mətnində orfoqrafik səhv var