İQTİSADİYYAT


® “Bakcell”: Daxili Qoşunların hərbi qulluqçuları gün ərzində şəbəkədaxili pulsuz danışacaq

“Bakcell” xidmətlərindən istifadə edən Daxili Qoşunların hərbi qulluqçuları gün ərzində şəbəkədaxili pulsuz danışacaq.

12 mart - Daxili Qoşunların yaranma günü münasibətilə “Bakcell” şirkəti bütün Daxili Qoşunların hərbi qulluqçularını təbrik edib və onlara təbrik SMS-i yollayıb. Bundan başqa, “Bakcell” peşə bayramı münasibətilə gün ərzində Daxili Qoşunların hərbi qulluqçularına şəbəkədaxili pulsuz danışıq hədiyyə edib.

Beləliklə, “Bakcell” xidmətlərindən istifadə edən Daxili Qoşunların hərbi qulluqçuları bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.