İQTİSADİYYAT


® Baramanın startapları üçün imkanlar genişlənib

2009-cu ildə “Azercell Telekom” MMC tərəfindən yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə sahibkarlıq mühitinin və startap sisteminin inkişafına öz dəstəyini verib. Əsasən informasiya texnologiyaları sahəsinə aid olan layihələrin və startapların formalaşaraq müstəqil şirkətə çevrilməsində yardımçı olan mərkəz “Azercell Telekom” MMC-nin brendi olaraq qalmaqla bundan sonra öz fəaliyyətini Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnnovasiyalar Agentliyində davam etdirəcək. 

İnnovasiyalar Agentliyi mərkəzin gələcək fəaliyyət və inkişaf perspektivlərinə dəstək verməklə onun idarəetməsini həyata keçirəcək. Bunun nəticəsində təşkilati proseslərin səmərəliliyinin artırılması yolu ilə ölkədə sözügedən sistemin inkişafı üçün əlverişli şəraitin yaradılması və daha geniş imkanların təqdim edilməsi mümkün olacaq.

Hazırda Barama 15 startapa dəstək göstərməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.