® Sahibkarlar güzəştli imkandan yararlanmaq üçün “Rabitəbank”ı seçir
Dünya Bankı və Aqrar Kredit və İnkişaf Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin agent bankı seçilən “Rabitəbank” sahibkarların biznesinin inkişafına dəstək naminə ilk kreditini verdi.
Dünya Bankı tərəfindən keçirilmiş təhlil prosesi nəticəsində “Rabitəbank” ASC Dünya Bankı, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin birgə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin aqrobiznesə maliyyə xidmətləri komponenti üzrə iştirakçı maliyyə qurumu kimi seçilib.
Layihənin əsas məqsədi kənd təsərrüfatı mallarının emalına, satış və istehsalına dəstək vermək, seçilmiş məhsullar üzrə dəyər zəncirlərinin təkmilləşdirilməsindən ibarətdir.
Layihələr üçün ayrılmış ilkin kredit tranşı 3 milyon ABŞ dolları təşkil edir.
Belə ki, layihə üzrə borc alanlara verilən kreditin müddəti 7 il və layihədən asılı olaraq 3 il əsas məbləğin ödənişinə güzəştlə, 8,8 faiz olmaqla maksimum kredit məbləği 500 min dollar, struktur maliyyəşdirilməsinə isə kredit müddəti 2 il olmaqla maksimum kredit məbləği 1 milyon dollar təşkil edir.
Əsas şərtlərdən biri, layihə xərclərinin həcminin 20 faizdən az olmayan hissəsini özəl biznesin sahibi tərəfindən pul və ya natura ilə öz payları kimi yatırımından ibarət olmasıdır.
Ölkənin ilk müstəqil banklarından olan “Rabitəbank” 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 “Qaynar xətti”nə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]