İQTİSADİYYAT
® Yarı qiymətinə “TamKart” al, 50 manat da əlavə qazan
ABB “TamKart”la bağlı yeni endirim kampaniyası elan edib. “TamKart” əldə etmək indi daha da rahat və sərfəlidir. Kampaniya çərçivəsində “TamKart MasterCard Standard Debet” və “TamKart Visa Classic Debet” kartlarını onlayn kanallarla (ABB mobile tətbiqi, https://abb-bank.az/ və https://tamkart.az/ saytı) düz 50 faiz endirimlə, cəmi 5 manata almaq olar. Bu, AZN, EUR və USD valyutalarında olan kartlara aiddir.
Müştərilər daha bir imkandan da qazanacaqlar. Belə ki, bu kampaniyadan faydalanıb ABB-dən endirimlə “TamKart” alan müştərilər kartı aldıqdan sonrakı 30 gün ərzində minimal hər 5 manatlıq keşbek hesablanan ödənişlərinə görə 10 min fayda əldə edirlər. 10 min fayda 1 manat dəyərindədir. Bu faydalarla “ABB mobile” vasitəsilə kommunal, mobil kimi bir çox ödənişlər aparmaq, yaxud müxtəlif hədiyyələr əldə etmək olar. Hər müştəriyə toplam 50 əməliyyata görə maksimal 500 min fayda (50 manat) qazanmaq imkanı yaradılır. Endirimli kart satışı sentyabrın 30-na qədər davam edəcək. “TamKart”ı buradan onlayn sifariş vermək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.