İQTİSADİYYAT


"Azərenerji" ASC "blockchain" texnologiyasının tətbiqinə hazırlaşır

Bakı, 20 oktyabr, Elvira Məmmədova, AZƏRTAC 

"Azərenerji" ASC "blockchain" texnologiyasının tətbiqinə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev deyib.

E.Pirverdiyev qeyd edib ki, "Azərenerji" Azərbaycanda ilk dəfə SCADA sistemini tətbiq edib. Bu gün dünyanın bir çox şirkətləri "blockchain" texnologiyasını tətbiq edir. Süni intellekt artıq dünya reallığıdır. Düşünürəm ki, bizim əməkdaşlar da bu texnologiyaya diqqət yetirməlidir. Bu, Elektron Menecment Sisteminin (EMS) tərkibidir.

ASC-nin prezidenti bildirib ki, Strateji Yol Xəritəsi üzrə işlər aparılır. Ancaq burada bəzi qanunvericilik aktları var ki, onların üzərində Nazirlər Kabineti, Energetika Nazirliyi, Maliyyə Nazirliyi və digər qurumlarla birgə çalışırıq. Ümid edirəm ki, qarşıya qoyulan məsələlərin hamısı "Azərenerji" tərəfindən yerinə yetiriləcək.

Enerji mübadiləsi ilə bağlı sualı cavablandıran Etibar Pirverdiyev bildirib ki, Rusiya və Gürcüstana yeni 330 kilovatlıq paralel xətt çəkiləcək. Həm Rusiya bizdən, həm də biz onlardan enerji alırıq. Rusiya ilə biz paralel rejimdə çalışırıq. Düşünürəm ki, bəzi addımlar atdıqdan sonra Rusiyaya elektrik enerjisi ixracını artıra biləcəyik. Rusiya enerji sisteminin marağı ondan ibarətdir ki, Azərbaycan üzərindən İrana elektrik enerjisi ötürə bilsin. Təbii ki, bunun üçün bəzi texniki işlərin görülməsi vacibdir. Bu gün Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin paralel işləməsi texniki olaraq mümkün deyil. Bunun üçün Azərbaycan-İran sərhədində sabit cərəyan qurğusu tikilməlidir. Bu, yarımstansiyadan daha ciddi qurğudur. Rusiya ilə Azərbaycan arasında ikinci paralel xəttin çəkilməsi də gündəmdədir. Hazırda 70-ci illərdə tikilmiş 330 kilovatlıq xətt fəaliyyət göstərir. Bu isə həmin enerjinin ötürülməsi üçün kifayət deyil. Gürcüstanla hazırda iki xətt vasitəsilə enerji mübadiləsi aparılır. Onlardan biri 500, digəri isə 330 kilovatlıq xətlərdir. Hazırda Gürcüstan lazım olan enerjini özündə saxlayır, digər hissəsini isə Türkiyəyə ötürür. Daha bir 330 kilovatlıq paralel xətt çəkməyi planlaşdırırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.