YUBİLEY TƏBRİKLƏRİ
"SB. Belarus seqodnya” media holdinqinin baş direktoru
Dmitri Juk
- Əziz həmkarlar, hörmətli cənab Aslanov, sizi - çoxdankı dostları bizim tərəfdaşımız olan gözəl agentliyinizin yubileyi münasibətilə təbrik etmək çox xoşdur. Sizin informasiyalarınız sayəsində biz gözəl ölkəniz Azərbaycan haqqında çoxlu yeni informasiya əldə edirik. Çox istərdim ki, sizin bundan sonrakı inkişafınız da çox dinamik və gözəl olsun.
AZƏRTAC son illər beynəlxalq arenada irəliyə doğru böyük addım atıb. Sizin agentliyiniz beynəlxalq media alyanslarının, təşkilatlarının tamhüquqlu və mühüm üzvü olub. Bu gün siz regionlar arasında informasiya körpüsü funksiyasını yerinə yetirirsiniz. Sizə həmişə belə müasir, cəsarətli olmağı, çox gərgin işinizdə yeni-yeni nailiyyətlər, biz informasiya işçilərinin istədiyi kimi, hər gün yalnız və yalnız gözəl xəbərlər arzulayıram.