"AtaBank"dan verilmiş kreditlər üzrə güzəştli kampaniya
Bakı, 13 mart, AZƏRTAC
Daim müştərilərinin qeydinə qalan və Azərbaycan xalqına töhfələrini verən "AtaBank" Novruz Bayramı münasibətilə müştərilərinə bayram sevinci yaşatmaq məqsədilə 2015-ci il dekabrın 20-dək verilmiş və ya restrukturizasiya edilmiş, əsas borc məbləği 100.000 ABŞ dollarınadək olan kreditlərə güzəşt kampaniyasına başlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniya lombard və əmanət girovu ilə verilmiş kreditlərə şamil olunmur. Kampaniya martın 30-dək davam edəcək. Ətraflı məlumat almaq istəyənlər banka müraciət edə bilərlər.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]