Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

AAYDA: 2026-cı ilədək uzunluğu 2 min 264,5 kilometr təşkil edən 20 avtomobil yolu layihəsinin yerinə yetirilməsi nəzərdə tutulub

AAYDA: 2026-cı ilədək uzunluğu 2 min 264,5 kilometr təşkil edən 20 avtomobil yolu layihəsinin yerinə yetirilməsi nəzərdə tutulub

Bakı, 1 mart, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən (AAYDA) 2022-ci ildə ümumi uzunluğu 2 min 241,5 km təşkil edən 18 avtomobil yolunun layihələndirilməsi və tikintisi, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam etdirilib.

AAYDA-dan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2 min 264,5 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

Bu layihələrdən uzunluğu 28,5 km təşkil edən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu 2020-ci ildə, uzunluğu 101,5 km təşkil edən “Zəfər yolu” 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (uzunluğu 22 km, 2-3 hərəkət zolaqlı) tikintisi başa çatdırılıb.

Tədbirlər Planına uyğun olaraq layihələrdən 12-nin icrasının 2023-cü, 2 layihənin 2024-cü, 3 layihənin 2025-ci və 1 layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.

2023-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Talış-Tapqaraqoyunlu-Qaşaltı avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),

2. Bərdə-Ağdam avtomobil yolu ( 44,5 km, 4 hərəkət zolaqlı),

3. Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı),

4. Qubadlı-Eyvazlı avtomobil yolu (28,5 km, 2 hərəkət zolaqlı),

5. Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu (26,4 km, 2 hərəkət zolaqlı),

6. Horadiz-Tuğ-Azıx mağarası avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),

7. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70,4 km, 4 hərəkət zolaqlı),

8. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39,7km, 4 hərəkət zolaqlı),

9. Ağdam-Füzuli avtomobil yolu (64,8 km, 4 hərəkət zolaqlı),

10. Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu (45 km, 2 hərəkət zolaqlı),

11. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (112 km) İran İslam Respublikası ilə bağlantısı və Araz çayı üzərində körpülərin tikintisi,

12. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (1182,7 km, 2 hərəkət zolaqlı).

2024-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolu (81,6 km, 4 hərəkət zolaqlı),

2. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləri

2025-ci ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (123,9 km, 4-6 hərəkət zolaqlı ),

2. Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (81,6 km, 2-4 hərəkət zolaqlı),

3. Kəlbəcər-Laçın avtomobil yolu (76,3 km, 2-4 hərəkət zolaqlı).

2026-cı ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Ağdam şəhərinin daxili yollarının tikintisi.

2022-ci il ərzində yerinə yetirilmiş işlər

2022-ci il ərzində 803,5 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub:

- Respublika əhəmiyyətli - 234,3 km,

- Yerli əhəmiyyətli - 398 km,

- Bakı şəhər yolları - 171,2 km.

2020-2021-ci illərdə tikintisinə və yenidən qurulmasına başlanmış Ucar, Qəbələ, Hacıqabul, Goranboy, Daşkəsən rayonları ərazisində yerləşən ümumi uzunluğu 191 km olan, 56,8 min nəfər əhalinin yaşadığı 35 yaşayış məntəqəsinin birləşdirən 5 kəndlərarası avtomobil yolu layihəsi, habelə 2022-ci ilin investisiya planına daxil edilmiş Abşeron, Ağstafa, Biləsuvar, Saatlı, Yevlax, Qazax, Bərdə, Neftçala və Cəlilabad rayonları ərazisində yerləşən ümumi uzunluğu 111,5 km olan, 97,2 min nəfər əhalinin yaşadığı 32 yaşayış məntəqəsini birləşdirən 9 kəndlərarası avtomobil yolu layihəsi 2022-ci ildə başa çatdırılaraq əhalinin istifadəsinə verilib.

Bundan əlavə, Yevlax şəhəri ərazisində Mingəçevir şəhəri ilə Yevlax Pilot Aqroparkını birləşdirəcək 9,3 km uzunluğunda avtomobil yolunun tikintisi, Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Neftçala rayonu ərazisində uzunluğu 10 km olan Neftçala -Xol Qaraqaşlı-Şorsulu avtomobil yolunun 7-ci km-dən ayrılan Həsənabad-Neftçala və Bankə-Beştalı və Qax rayonu ərazisində uzunluğu 1,1 km olan Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması da başa çatdırılıb.

2022-ci ildə icrasına ilkin vəsait ayrılmış, Ağsu, Beyləqan, Xaçmaz, İmişli, Qax, Masallı, Siyəzən və Zaqatala rayonları ərazisində ümumi uzunluğu 235,7 km olan, 114,3 min nəfər əhalinin yaşadığı 78 yaşayış məntəqəsinin birləşdirən 8 kəndlərarası avtomobil yolu layihələrinin icrası isə davam etdirilib.

2022-ci il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 4 körpü təmir edilib, Bak-Şamaxı-Yevlax magistral yolunun 14,9, 18,5, 25-ci km-də, Xocəsən-Lökbatan yolunda yeni açılan “Xocəsən” metro stansiyasının yanında və Zığ-Hövsan avtomobil yolunun 1,7 -ci km-də olmaqla 5 yerüstü piyada keçidinin tikintisi başa çatdırılıb.

Bakı şəhərinin avtomobil yolları

2022-ci il ərzində bütün maliyyə mənbələri hesabına Bakı şəhəri və onun 12 rayonunda ümumi uzunluğu 171,2 kilometr olan 1 avtomobil yolu və 124 şəhər əhəmiyyətli, habelə qəsəbə daxili küçələrin təmiri işləri də başa çatdırılıb:

Ağ Şəhər - 4,4 km,

Zığ-Hövsan avtomobil yolu - 6,8 km,

Binəqədi rayonu üzrə - uzunluğu 19 km olan 20 küçə,

Xəzər rayonu üzrə - uzunluğu 21,88 km olan 1 yol və 31 küçə,

Xətai rayonu üzrə - uzunluğu 13,66 km olan 10 küçə,

Qaradağ rayonu üzrə - uzunluğu 20,73 km olan 15 küçə,

Nərimanov rayonu üzrə - uzunluğu 11,09 km olan 13 küçə,

Nizami rayonu üzrə - uzunluğu 6,95 km olan 13 küçə,

Nəsimi rayonu üzrə - uzunluğu 5,12 km olan 11 küçə,

Sabunçu rayonu üzrə - uzunluğu 19,27 km olan 24 küçə,

Səbail rayonu üzrə - uzunluğu 6,32 km olan 13 küçə,

Suraxanı rayonu üzrə - uzunluğu 21,55 km olan 25 küçə,

Yasamal rayonu üzrə - uzunluğu 6,75 km olan 8 küçə,

Pirallahı rayonu üzrə - uzunluğu 7,8 km olan 6 küçə.

Bakı şəhər yollarında 620,2 min kvadratmetr sahədə cari təmir işləri yerinə yetirilib.

Daxili İnvestisiya hesabına yerinə yetirilən layihələr

Şamaxı şəhərində ümumi uzunluğu 36,1 km təşkil edən şəhərdaxili küçələrin əsaslı təmiri, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun uzunluğu 47,2 km təşkil edən Oğuz-Şəki hissəsinin yenidən qurulması və uzunluğu 13,7 km olan Sumqayıt-Hacı-Zeynalabdin Tağıyev avtomobil yolunun tikintisi başa çatdırılıb.

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 53-119 km sahəsində, uzunluğu 66 km təşkil edən Quba-Bakı istiqamətindəki hərəkət hissəsinin deformasiyaya uğramış beton örtüklü yol geyimi sökülərək asfalt-beton örtük tikilməklə yenidən qurulması işləri də başa çatdırılıb.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun (150 km, 4 hərəkət zolaqlı), “Ağ şəhər” layihəsi çərçivəsində 8 Noyabr prospektində piyada körpüsünün, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin və Astaraçay çayı üzərində körpünün və Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun (Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə birlikdə) tikintisi işləri davam etdirilib.

Xarici kredit hesabına yerinə yetirilən layihələr

1. M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi üzrə işlər davam etdirilmişdir. Layihə üzrə yerinə yetirilən işlər Lot 1 - 100 faiz, Lot 2 - 100 faiz, Lot 3 - 70,8 faiz təşkil edir. Uzunluğu 130,15 km olan I dərəcəli avtomobil yolunun tikintisi işlərinə 2019-cu ildə başlanmış, 2023-cü il ərzində başa çatdırılması nəzərdə tutulur.

2. M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun uzunluğu 71 km olan Yenikənd-Salyan-Biləsuvar hissəsinin II texniki dərəcəyə uyğun yenidən qurulması layihəsi üzrə yerinə yetirilən işlərin fiziki tərəqqisi 6 faiz təşkil edir.

Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər

2022-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 7 838 yol nişanları, 12 913 siqnal dirəkləri, 1 580 pm əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 1,9 milyon kv.m həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.

2022-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 626 yol-nəqliyyat hadisəsi (Bakı şəhərində 107) baş verib. Bunun nəticəsində 8 148 pm əyrixətli tirlər, 110 ədəd beton bordür, 161 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 34 ədəd yol nişanı, 7 ədəd məlumat lövhəsi, 5 ədəd səsboğucu lövhə və 38 m körpü məhəccəri yararsız hala düşüb. Ümumilikdə yol təsərrüfatına 699 146 manat məbləğində maddi ziyan dəyib. 2022-ci il ərzində dəymiş ziyanın 505 980,4 manatı (72,4 faiz) ödənilib.

Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 16 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 66 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

Ekologiya və yaşıllaşdırma

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 3424 km avtomobil yollarının təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir və hazırda yollarının mühafizə zolağında 1 796 911 ədəd ağac mövcuddur.

Avtomobil yollarının təhkim zolağında 2020-2021-ci illərdə 258 157 ədəd, 2022-ci ildə isə 147 075 ədəd, ümumilikdə 674.3 hektar ərazidə 404 595 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda 18,82 hektar ərazidə yaradılmış 9 tinglik sahəsində 135 827 ədəd ağac və kol bitkisi yetişdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

Yan Vanmin: Azərbaycanın COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir VİDEO

“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb

Monteneqro-Azərbaycan biznes-forumu keçirilib

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə regional məsələləri müzakirə edib

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib

Bakı İlahiyyat Kollecinə dini mənəvi xidmət ixtisası üzrə qəbul üçün qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun tətbiqi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununda

Baş prokuror Qazaxda vətəndaşları dinləyib, məsələlərin operativ həlli üçün göstərişlər verib

“SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

Qısamüddətli geomaqnit qasırğası gözlənilir

BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək

2050-ci ilə qədər tullantıların 40-45 faizi inkişaf etmiş və gəlirləri yüksək olan ölkələrin payına düşəcək

“The Telegraph online”: İqlim maliyyələşdirilməsi COP29-un diqqət mərkəzində olacaq

® “Kapital Bank”ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı

Sabah ölkənin bəzi ərazilərinə dolu düşəcək

Yasamalda polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Salyan xəstəxanasında ilk dəfə qamış sümüyünün osteosintez əməliyyatı icra olunub

Sahibkarlar Meksikada keçiriləcək sərgilərə dəvət olunur

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yalçın Rəfiyev: COP29-un hazırlıq prosesinə Britaniyada böyük maraq var

Birinci Qarabağ müharibəsi şəhidinin meyitinin qalıqları Ağdaşda torpağa tapşırılıb

Azərbaycanla Monteneqro arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib

Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırmalarının perspektivləri

Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq

Şuşada azad edilmiş ərazilərdə biznes imkanlarına dair panel müzakirələr keçirilib VİDEO

Azərbaycan Ümumdünya Parfümeriya Konqresində təmsil olunub VİDEO

® “Azercell”in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyir