ABŞ Gürcüstan ilə müdafiə, təhlükəsizlik, ticarət və energetika sahələrində uğurlu əməkdaşlıq edir
Tbilisi, 11 iyun, AZƏRTAC
ABŞ ilə Gürcüstan müdafiə, təhlükəsizlik, ticarət və energetika sahələrində uğurlu əməkdaşlıq edirlər. Gürcüstan ABŞ-ın strateji tərəfdaşıdır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşdən sonra keçirdiyi birgə brifinqdə söyləyib.
M.Pompeo Gürcüstanın beynəlxalq turizm mərkəzi və qlobal təhlükəsizliyə töhfə verən ölkə olduğunu deyib.
M.Baxtadze bildirib ki, Gürcüstan ABŞ-la uğurlu əməkdaşlıq edir: “Əldə etdiyimiz bir çox nailiyyətlər ABŞ-la səmərəli strateji tərəfdaşlığın birbaşa nəticəsidir”.
Baş nazir deyib ki, son 10 il ərzində Gürcüstan ABŞ-la dinamik, hərtərəfli əməkdaşlığı inkişaf etdirib və Prezident Trampın dövründə bu əlaqələr yüksək səviyyəyə çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]