ELM VƏ TƏHSİL
ADA Universitetinin məzunu: Festivalda milli geyim və mətbəx nümunələrimizi təqdim edirik
![ADA Universitetinin məzunu: Festivalda milli geyim və mətbəx nümunələrimizi təqdim edirik](/files/2024/2/1200x630/17177623845156426401_1200x630.jpg)
Bakı, 7 iyun, AZƏRTAC
Mən Türkmənistan vətəndaşıyam və ADA Universitetinin məzunu olmuşam. Festivalda ölkəmin ləziz təamlarını və mədəniyyət atributlarını təqdim edirəm.
Bunu AZƏRTAC-a müsahibəsində ADA Universitetində keçirilən 12-ci beynəlxalq festivalın iştirakçısı, bu ali təhsil müəssisəsinin məzunu Firəngiz Hacıyeva söyləyib. O bildirib ki, təşkil etdikləri stenddə Türkmənistan milli mətbəxinin börək, ətli çörək və pişmə kimi nümunələri ilə tanış olmaq mümkündür.
“Həmçinin biz ölkəmizin milli geyimlərini qonaqlara nümayiş edirik. Bu geyimləri türkmənlər təkcə bayram günlərində deyil, həmçinin adi günlərdə geyinirlər. Çünki türkmənlər öz tarixinə, adət-ənənələrinə böyük hörmətlə yanaşırlar”, - deyə Firəngiz Hacıyeva qeyd edib.
Xatırladaq ki, 12-ci beynəlxalq festival ADA Universitetinin Beynəlxalq əlaqələr şöbəsi, ADA Universiteti Fondu və “Kolin İnşaat Şirkəti”nin dəstəyi, eləcə də “OCAQ” Teatr Cəmiyyəti, “Topçubaşov” adına beynəlxalq təqaüd proqramı və “ESN ADA Baku” tələbə klublarının birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.