Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

ADPU-nun professoru: Prezident İlham Əliyevin 20 illik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək nümunəsidir

ADPU-nun professoru: Prezident İlham Əliyevin 20 illik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək nümunəsidir

Bakı, 28 oktyabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin 20 illik fəaliyyəti xalqa qətiyyətlə, cəsarətlə və sədaqətlə xidmət etmək nümunəsidir. O, yorulmaz fəaliyyəti, beynəlxalq təşkilatlardakı qətiyyətli çıxışları ilə Azərbaycanın haqq səsini dünyaya çatdırıb, ikili standartların hökm sürdüyü Qərbin siyasi dairələrində tariximiz və 30 illik acı taleyimiz haqqında obyektiv rəy formalaşdırmağa nail olub, erməni yalanlarını ifşa edib. Beynəlxalq münasibətlər tarixini dərindən bilməsi ona peşəkar siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazandırıb. 44 günlük Vətən müharibəsi zamanı ölkə Prezidentinin Azərbaycanı təcavüzkar dövlət kimi təqdim etməyə çalışan Qərbin aqressiv jurnalistlərinin təxribatçı suallarına beynəlxalq hüquqa, tarixi fakt və dəlillərlə əsaslanan cavabları, həm jurnalistlərə, həm də Qarabağda erməni təcavüzünü və erməni terrorunu dəstəkləyən Ermənistana və onun himayədarlarına tarixi bir dərs olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ADPU-nun kafedra müdiri professor Fərrux Rüstəmov söyləyib. O vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu 30 illik işğala son qoymaqla, dünya hərb tarixində xeyli ilklərə imza atıb. “Məğlubedilməz erməni ordusu” barədə mif 44 gün ərzində darmadağın edilib, “Dəmir yumruq” əməliyyatı uğurla başa çatdırılıb, Şuşa şəhəri əsgərlərimizin qanı-canı bahasına düşməndən təmizlənib. Mürəkkəb relyefə malik Kəlbəcər və Laçın rayonları isə bir güllə belə atılmadan düşmən işğalından azad edilib. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin cəsarətinin, siyasi uzaqgörənliyinin və Azərbaycan Ordusunun hərbi qüdrətinin təntənəsi idi.

İllər əvvəl beynimizə və qəlbimizə belə bir fikir hakim olmuşdu: “Bütün yollar Şuşaya aparır”. Şuşaya gedən yol isə ordunun müasirləşdirilməsindən, mövcud hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsindən, yenilərinin yaradılmasından, hərbi infrastrukturun təkmilləşdirilməsindən, əsgər və zabit heyətinin peşəkarlığının artırılmasından keçirdi. Bunun üçün kifayət qədər maliyyə resursları və siyasi iradə lazım idi. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hərbi doktrina əsasında Azərbaycanda ordu quruculuğu öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı sayəsində hərbçilərin sosial müdafiəsi gücləndirildi, mənzil problemləri həll edildi, peşəkarlıqlarının artırılması məqsədilə hərbi təlimlər təşkil edildi, şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksəldi, onlara qələbə ruhu və əzmi aşılandı, Silahlı Qüvvələr üçün xarici ölkələrdən ən müasir silah və texnikalar alındı. Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı 2021-ci ilə aid hesabatında Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. Xarici ölkələrin hərbi mərkəzlərinin Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı döyüş təcrübəsini öyrənməsi, hərbi taktikasından bəhrələnməsi dövlətimizin və xalqımızın qürur mənbəyidir.

“Nəyi necə etməyi yaxşı bilən Prezident İlham Əliyev son 20 ildə cəmiyyətin bütövlüyünü, sakitliyi, sabitliyi nəinki qoruyub saxladı, onu milli tərəqqinin, inkişafın hərəkətverici qüvvəsinə çevirdi. Onun dövründə böyük şücaət, qəhrəmanlıq göstərən, öz qanları ilə Vətən xəritəmizi yenidən cızan, itirilmiş torpaqlarımızı bərpa edən yeni nəsil yetişdi. Bu gənclərə qələbə ruhunu çoxşaxəli fəaliyyəti, şəxsi nümunəsi, qətiyyətli çıxışları ilə Prezident özü aşılayıb. Xalqımız sözü imzası qədər keçərli olan İlham Əliyevə inandı, etibar etdi, fəaliyyətini təqdir etdi, sevdi və Prezident seçdi. İlham Əliyev xalqın əvəzedilməz Prezidenti olmaqla bərabər, həm də Liderinə çevrildi”, - deyə professor Fərrux Rüstəmov qeyd edib.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində demişdi: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

Azad Şuşada Prezident İlham Əliyev şəhər ilə bağlı dediklərini dilə gətirdi: “Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik”.

Şuşa şəhərindən Xankəndi aydın görünürdü. Prezident İlham Əliyevin Cıdır düzündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Xankəndini göstərərək “oraya da gedəcəyik” deməsini xalq növbəti əməliyyatın anonsu kimi qəbul edərək, səbirsizliklə o günü gözləyirdi. Nəhayət ki, o gün gəldi. Bu ilin sentyabrında Azərbaycanın Qarabağ iqtisadi rayonunda lokal antiterror tədbirləri həyata keçirildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 23 saat 43 dəqiqə ərzində möhtəşəm Qələbəyə imza atdı. Bununla da Prezident İlham Əliyevin “nəyi, necə, nə vaxt edəcəyimi, mən bilirəm” ifadəsi növbəti dəfə öz təsdiqini tapdı. Oktyabrın 15-də Xankəndi şəhərində Dövlət Bayrağını ucaldan Prezident İlham Əliyev dedi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.

ADPU-nun professoru vurğulayıb ki, Prezident İlham Əliyev 20 il ərzində verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etməklə millətimizə Qələbə bəxş etdi. Bu, böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim başa çatıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olardı

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb VİDEO

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib