CƏMİYYƏT
Ağcabədi rayon sakinindən avtomat aşkar edilərək götürülüb
Bakı, 10 iyul, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkumluğu olan Rauf Əliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı, 105 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [19:13]
"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb
- 03.07.2024 [18:41]
Ötən ay 23 aptekdə yoxlama aparılıb
- 03.07.2024 [18:41]
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub
- 03.07.2024 [18:37]
Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb
- 03.07.2024 [18:11]