ELM VƏ TƏHSİL
Ağdamlı məzunlardan 341 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olub
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl gənclər ulu öndər Heydər Əliyevin qəsəbədəki abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyiblər.
Məlumat verilib ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1040 məzundan 560 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 341 nəfəri tələbə adını qazanıb. Gənclərdən 45 nəfəri 500-600 arası, 13 nəfəri isə 600-dən çox bal toplayıb. Çəmənli kənd tam orta məktəbin məzunu Məmmədzadə İlkin imtahanlarda 700 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərib.
Görüşdə çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, biliyə və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.Yüksək bal toplayan gənclərə hədiyyələr verilib. Tədbir konsert proqramı ilə davam edib.