Aİ-də ən aşağı ölüm göstəricisi İspaniyadadır
Madrid, 16 iyul, AZƏRTAC
Avropa İttifaqında ən aşağı ölüm səviyyəsi İspaniyadadır (hər 100 min sakinə 829 ölüm faktı).
AZƏRTAC Avropa İttifaqının Statistika Bürosunun ( “Eurostat”) iyulun 16-da açıqlanmış 2016-cı il üçün məlumatına istinadla xəbər verir ki, ən yüksək ölüm göstəricisi Bolqarıstan (1600 adam), Latviya və Rumıniyadadır (hər biri üçün 1476 adam).
Ən aşağı ölüm göstəricisi isə İspaniya ilə bərabər, Fransa (838), İtaliya (843) və Maltada (882) qeydə alınıb.
2016-cı ildə Aİ-də 5,1 milyon insan ölüb ki, bu da ötən ildəkindən 80 min nəfər azdır. Bu ölümlərin üçdəbir hissəsi 75 yaşınadək insanların payına düşüb (1,7 milyon, 33 faiz), ölənlərin 1,5 milyonu 75-85 yaşlarında (29 faiz), 9 milyonu 85 yaşından böyük (38 faiz) olub.
“Eurostat”ın məlumatına görə, 1,8 milyondan çox insanın ölümünə qan dövranı sistemi xəstəlikləri, ürək tutmaları, insultlar səbəb olub. 2016-cı ildə xərçəngdən 1,3 milyondan çox adam ölüb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]