ELM VƏ TƏHSİL
Akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “Bitki biokimyası və fiziologiyası” jurnalının redaksiya heyətinin fəxri üzvü seçilib
![Akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “Bitki biokimyası və fiziologiyası” jurnalının redaksiya heyətinin fəxri üzvü seçilib](/files/2014/3/1200x630/14097398276114250272_1200x630.jpg)
ABŞ-da nəşr olunan “Bitki biokimyası və fiziologiyası” jurnalının redaksiya heyətinin fəxri üzvü seçilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bununla bağlı jurnalın baş redaktoru, doktor K. Uilson tərəfindən daxil olmuş məktubda akademik C. Əliyevin uzun illər ərzində kənd təsərrüfatı bitkilərinin fiziologiyası və biokimyası sahəsində dərin tədqiqatlar apardığı və onların nəticələrinin beynəlxalq miqyasda yüksək səviyyədə qəbul olunduğu vurğulanır.
Qeyd edilir ki, akademik Cəlal Əliyevin redaksiya heyətinin tərkibinə daxil olması dünya elminin daha da inkişafına imkan yaradacaq.
Akademik Cəlal Əliyev biologiya elminin ən müasir istiqamətləri üzrə ABŞ, Avropa və Avstraliyada nəşr olunan bir neçə jurnalın redaksiya heyətinin üzvüdür.