Almaniya parlamentinin yuxarı palatası məktəblərdə rəqəmsallaşdırma islahatını bəyənib
Berlin, 16 may, AZƏRTAC
Almaniyada məktəblərin rəqəmsallaşdırılması layihəsinin qanunvericiliklə rəsmiləşdirilməsi başa çatıb. AZƏRTAC xəbər verir ki, bu gün federal əyalətlər palatası - Bundesrat aşağı palatadan - Bundestaqdan nümunə götürərək, “Məktəb” adlanan layihəni bəyənib. Layihənin qəbul edilməsi üçün səs çoxluğunun tələb olunmasına baxmayaraq, Bundesrat deputatları ona yekdilliklə səs veriblər.
Hər iki palatada keçirilən səsvermə məktəblərin planşet, yüksək sürətli internet, əlavə avadanlıqla təchiz edilməsi üçün federal mərkəz tərəfindən əyalətlərə 5 milyard avro ayrılmasını mümkün edib. Rəqəmsallaşdırma haqqında qanunun qəbul edilməsi sayəsində Almaniya məktəblərində əlavə iş yerləri açılacaq, məsələn, sistem inzibatçısı vəzifəsi yaradılacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]