Almaniyada yaşayan azərbaycanlı cüdoçu növbəti uğurunu qazanıb
Bakı, 27 aprel, AZƏRTAC
Almaniyada yaşayan azərbaycanlı yeniyetmə cüdoçu Ömər Siracov növbəti uğura imza atıb.
AZƏRTAC-ın məlumatına görə, 2016-cı il təvəllüdlü idmançı Dormagen şəhərində keçirilən 15-ci şəhər çempionatında bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Ömər Siracov təkcə Almaniyada keçirilən yarışlarda deyil, həmçinin Niderlandda müxtəlif illərdə təşkil olunan turnirlərdə də uğurla çıxış edərək medallar qazanıb.